Fransada seçkilərdə uduzan namizədin meyiti aşkarlandı
Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fransanın Viodos-Abans-de-Bas kommunasının meri Kristian Bersait bələdiyyə seçkilərinin birinci turunda məğlub olduqdan sonra ölü tapılıb.
"Ölkə.az" xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.
Məqalədə qeyd olunur ki, təxminən 750 nəfərin yaşadığı Viodos Abans de Bas-da bələdiyyə seçkilərinin birinci turu 15 martda keçirilib. Seçicilərin yarıdan çoxu - 55,5%-i - Bersaitin rəqibini dəstəkləyib. Bundan xəbər tutan mer yerli seçki komissiyasından istefa verib və zənglərə cavab verməyib. Qohumları onun evində saxlanılan pnevmatik tüfəngin itdiyini aşkar etdikdən sonra hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıblar.
Ertəsi gün Bersaitin cəsədi kommuna yaxınlığındakı meşəlik ərazidə tapılıb. Pau şəhər prokurorluğu merin özünü öldürdüyünü ehtimal edir.(Teleqraf)
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:171
Bu xəbər 17 Mart 2026 00:10 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















