Fransada təcili tibbi yardım xidmətlərinin pilotları tətil elan ediblər
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Paris, 30 may, AZƏRTAC
Fransada təcili tibbi yardım xidmətlərinin (SAMU) vertolyot pilotları qeyri-müəyyən müddətə tətil elan ediblər. Onlar avropalı həmkarları ilə müqayisədə çox aşağı hesab etdikləri maaşlarının artırılmasını tələb edirlər.
AZƏRTAC xəbər verir ki, Fransada təcili tibbi yardım xidmətlərinə (SAMU) bağlı 50 xəstəxanada 50 helikopter bazası var. Bütün bazalardakı pilot və onların köməkçiləri tətilə qoşulublar.
Mülki Aviasiya Uçuş İşçilərinin Milli Birliyi (SNPNAC) və Milli Hava Yolları Pilotları İttifaqı (SNPL) təcili tibbi yardım vertolyotu pilotlarının maaş səviyyəsini pisləyir. Bildirilir ki, fransız ekipajları Avropada ən aşağı maaş alanlardır. SNPL-in hesablamalarına görə, pilotlar avropalı həmkarlarından 20-60 faiz az maaş alırlar.
SAMU vertolyotlarının pilotları və ekipajları özəl podratçılar tərəfindən işə götürüldükləri üçün işlərinin çox təhlükəli olduğunu düşünürlər.


