Fransada tələbə etirazları böyüyür: Nümayişlərə qadağa qoyuldu
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Fransanın paytaxtı Parisdə bir sıra orta məktəb və universitetlərin ətrafında toplantı və elan edilməmiş nümayişlərin keçirilməsi qadağan olunub.
Turkustan.az xəbər verir ki, qərar ölkə üzrə orta məktəb şagirdlərinin təxminən iki aydır davam edən etiraz aksiyaları ilə əlaqədar qəbul edilib.
Paris Polis Prefekturası noyabrın 16-dan 20-dək şəhərdəki 10 lisey və 5 universitet kampusunun ətrafında 100 metr radiusda elan edilməmiş nümayişlərin keçirilməsinə qadağa qoyub.
Qadağa Böyük Karl, Lavoisier, Fenelon, Montaigne, Chaptal, Racine, Dorian, Pierre-Gilles de Gennes, Carnot və Balzac liseylərini, eləcə də Sorbonne, Paris Cité, Panthéon-Sorbonne və Panthéon-Assas universitetlərinin bəzi kampuslarını əhatə edir.
Qərarın qəbuluna səbəb etiraz aksiyaları zamanı məktəblərə girişin bağlanması, müxtəlif iğtişaşların baş verməsi və təhsil müəssisələrinin fəaliyyətinə maneələr yaradılması olub.
Paris Polis rəisi Patris For açıqlamasında tələbə etirazları zamanı ictimai əmlaka ziyan dəydiyini, yanğınların baş verdiyini və təhsil işçilərinin xəsarət aldığını xatırladıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 16 Noyabr 2026 15:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















