Icma.az
close
up
RU
Fransada yeni siyahıyaalmada vətəndaşlardan valideynlərinin doğum yeri haqqında soruşulacaq AZƏRTAC

Fransada yeni siyahıyaalmada vətəndaşlardan valideynlərinin doğum yeri haqqında soruşulacaq AZƏRTAC

Azertag saytına istinadən Icma.az xəbər verir.

Paris, 16 yanvar, AZƏRTAC

Yanvarın 16-dan martın 8-dək Fransada keçiriləcək illik siyahıyaalmada 9 milyon vətəndaş iştirak edəcək. Builki kampaniyanın 30 sualdan ibarət sorğusuna distant iş rejimi, əlillik vəziyyəti və valideynlərin doğum yeri ilə bağlı üç yeni sual əlavə edilib.

AZƏRTAC xəbər verir ki, Fransanın Milli Statistika və İqtisadi Araşdırmalar İnstitutu (Insee) və hüquq müdafiəçisi Kler Hedon xüsusilə valideynlərinin doğum yeri ilə bağlı sualın vacib olduğunu bildirib. Onların fikrincə, bu məlumat mənşəyə əsaslanan ayrı-seçkilikləri və bərabərsizlikləri üzə çıxarmağa kömək edəcək, ictimai siyasətin daha səmərəli qurulmasına imkan verəcək.

Bununla belə, İnsan Hüquqları Liqası (LDH), İrqçiliklə Mübarizə və Xalqlar arasında Dostluq Hərəkatı (MRAP) və bir neçə həmkarlar ittifaqı (CGT, FSU və Solidaires) bu yeniliyin əleyhinədir. Onlar valideynlərin mənşəyinə dair sualın siyahıyaalma üçün məqsədəuyğun olmadığını və bu məlumatların yanlış istifadə edilməsi ehtimalının mövcudluğunu vurğulayırlar.

Belə ki, tərəflər arasında mübahisə əsasən bu məlumatların diskriminasiya ilə mübarizə üçün vacibliyi və eyni zamanda potensial təhlükələri ətrafında cəmləşir. “Valideynlərin coğrafi mənşəyi məsələsi siyahıyaalmada faydasızdır, çünki bu, dövlət siyasətinin tətbiqi ilə əsaslandırılmır”, - deyə LDH-in üzvü Jan Robert Suesser bildirib. Qeyd edib ki, siyasətçilər bu mövzuda kifayət qədər məlumata malikdirlər.

Əvvəlki siyahıyaalmalarda artıq respondentlərin doğum yeri və xaricdə doğulublarsa, Fransaya gəliş tarixi kimi məlumatların toplandığını deyən R. Suesser valideynlərin mənşəyinə dair sualın əlavə olunmasını təhlükəli hesab edib. Onun fikrincə, bu sual immiqrantların yox, onların nəslindən olan şəxslərin coğrafi bölgüsü haqqında dəqiq məlumatı təmin edəcək və bu, potensial olaraq ayrı-seçkiliyə yol açacaq. Belə məlumatlar müəyyən qrupların seçilib hədəfə alınmasına, ictimai qorxuların artırılmasına və manipulyasiyalara səbəb ola bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Yanvar 2025 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fransada etirazçılara qarşı gözyaşardıcı qaz və səs qumbarasından istifadə edilib

12 Dekabr 2025 16:22see213

Məşhur futbolçu karyerasını sonlandıracaq SƏHHƏTİNƏ GÖRƏ

13 Dekabr 2025 00:58see208

Xırdalanda ŞOK: qadın cinsi əlaqə istəyən ərinin başını yardı

11 Dekabr 2025 19:40see173

Kartof qızardarkən duz nə vaxt əlavə olunmalıdır?

13 Dekabr 2025 00:26see163

Dursun Özbek: Artıq susmaq mümkün deyil

12 Dekabr 2025 17:13see153

Özcan Dənizin inanılmaz sərvəti ÜZƏ ÇIXDI FOTO

11 Dekabr 2025 23:53see150

Vikinq kimi yaşayır Video

12 Dekabr 2025 08:55see149

Bakıda bu yolda işıqforun hər üç işığı eyni anda yanır

12 Dekabr 2025 08:55see145

Üzgüçülük üzrə Azərbaycan çempionatı start götürüb

11 Dekabr 2025 20:15see139

Arteta “Vulverhempton”la oyundan əvvəl: “Sabah üç xal qazanmalıyıq”

12 Dekabr 2025 21:09see139

İsrailin işğal siyasəti İranı nüvə silahına itələyir ŞƏRH

12 Dekabr 2025 04:26see137

“Daxilmdə nəsə mənə kifayət qədər yaxşı olmadığımı deyirdi” Norris

12 Dekabr 2025 02:00see133

Ukrayna millisi DÇ 2026 nın seçmə mərhələsinin pley offunda ev oyunlarını keçirəcəyi yeri müəyyən edib

12 Dekabr 2025 01:05see131

500 manat pensiyalar bu qədər artacaq Açıqlama

12 Dekabr 2025 22:34see131

ABŞ bizi AB dən ayıra bilməz Avstriya

12 Dekabr 2025 01:32see131

Audi TT əfsanəsi 2027 ci ildə geri dönəcək FOTO

13 Dekabr 2025 06:22see130

Azərbaycan Ərdəbil ilə investisiya üzrə birgə fəaliyyətini gücləndirə bilər FOTO

12 Dekabr 2025 04:52see129

Ukrayna və ABŞ nümayəndə heyətləri görüşdü

11 Dekabr 2025 23:50see126

Ukrayna müharibəsinin bitməsi üçün... Ərdoğan

12 Dekabr 2025 18:26see124

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevlə bağlı paylaşım edib

12 Dekabr 2025 00:17see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri