Icma.az
close
up
RU
Fransadakı alman bunkerləri baxımsız qalıb

Fransadakı alman bunkerləri baxımsız qalıb

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Paris, 11 iyun, AZƏRTAC

Fransanın müxtəlif bölgələrində, xüsusilə qərb sahillərində və şimal-şərq sərhədlərinə yaxın ərazilərdə İkinci Dünya müharibəsi zamanı tikilmiş təxminən 8000 alman bunkeri hələ də mövcuddur. Möhkəm quruluşu və tarixi dəyəri ilə seçilən bu tikililər həm mədəni irs, həm də təhlükəsizlik problemi kimi qiymətləndirilir.

AZƏRTAC xəbər verir ki, bu “blockhaus”lar ötən illərdə ciddi zərər görsə də, tamamilə dağılmayıb. Lakin bəzi hallarda onlar təhlükə yaradır. Jironddakı “Cap Ferret” yarımadasının çimərliyində yerləşən bunkerlər son fırtınalardan sonra aşma riski ilə üzləşib və bələdiyyə onları sahildən uzaqlaşdırmaq üçün təcili müdaxilə etməli olub. Bu əməliyyat texnika ilə həyata keçirilib və baha başa gəlib.

Şəhər meri bəzi təhlükəli bunkerlərin tam sökülməsinin mümkünlüyünü düşünsə də, bunun çox yüksək xərc - bir bunker üçün 150–200 min avro tələb etdiyi bildirilir.

Digər tərəfdən, En bölgəsinin Marjival kommunasında 22 bunker 110 hektar ərazidə yerləşir və burada problem eroziya deyil, baxımsızlıqdır. Tarixi baxımdan xüsusi əhəmiyyət daşıyan bu obyektlərdən biri hətta Adolf Hitler ilə hərbi rəhbərlərin gizli görüşünə ev sahibliyi etmiş keçmiş qərargah kimi tanınır.

Bələdiyyə başçısı bu irsin gələcəyi ilə bağlı bir neçə layihənin nəzərdən keçirildiyini, lakin onların hamısının çox baha başa gəldiyini bildirib. Buna görə idarəetmə könüllü bir assosiasiyaya həvalə edilib. Lakin ildə cəmi 800 avro subsidiya alan bu qurum, ildə təxminən 4000 ziyarətçi qəbul edən bu tarixi məkanı qorumaqda ciddi çətinlik çəkir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:172
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 İyun 2026 13:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see765

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see504

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see298

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see286

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see273

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see268

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see267

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see265

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see248

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see237

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see225

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see223

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see222

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see220

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see216

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see216

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see215

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see206

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see198

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri