Fransadan Şimali Kiprə TƏXRİBAT
Modern.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Xarici İşlər Nazirliyi Fransa Hərbi Hava Qüvvələrinə məxsus pilotların ölkənin hava məkanını pozaraq çox aşağı hündürlükdə uçuşunu pisləyib.
Modern.az xəbər verir ki, ŞKTC Xarici İşlər Nazirliyi xatırladıb ki, 2017-ci ildə adanın yunan icması ilə Paris arasında bağlanmış müqaviləyə əsasən, Fransa hərbi təyyarələri Kiprin cənubunda yerləşdirilib.
“Fransız pilotların hərəkətləri ŞKTC-nin Lefkoşa bölgəsində əhalisinin təhlükəsizliyinə real təhdid yaradıb. Fransa Hərbi Hava Qüvvələrinin ölkəmizin vətəndaşları arasında ciddi narahatlığa səbəb olan hərəkətlərini qətiyyətlə pisləyirik”, - deyə Şimali Kipr Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda həmçinin, Yunanıstanın Kiprin təhlükəsizliyinə təhdidlə bağlı yalanlar bəhanəsi ilə” müdafiə müqavilələri bağlamasının adada gərginliyi artırdığı vurğulanır.
“Biz bir daha bütün tərəfləri, xüsusən də Fransanı sağlam düşüncədən istifadə etməyə və regionda sabitliyi pozmağa yönəlmiş addımlardan çəkinməyə çağırırıq”, - deyə ŞKTC Xarici İşlər Nazirliyi qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 24 Dekabr 2024 08:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















