Fransalı futbolçu: “Neftçi”dəki missiyam bitməyib, oraya qayıdıb çempionluq yaşamaq istəyərəm
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 2 aprel, AZƏRTAC
“Neftçi”nin nəticələrini yaxından izləyirəm”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında vaxtilə “Neftçi”də oynamış fransalı futbolçu Romen Bask sabiq komandası barədə danışarkən deyib.
Müdafiəçi “ağ-qaralar”ın daha güclü qayıdacağına şübhə etmədiyini bildirib: “Klubun daxilində olmadığım üçün orada nələrin baş verdiyini bilmirəm. Amma komandada tez-tez baş məşqçi dəyişikliyi olur. Hazırkı çalışdırıcı Samir Abasov klubu yaxşı tanısa da, yeni gələn oyunçuların uyğunlaşa prosesi vaxt aparır. Bu da normal haldır. İnanıram ki, “Neftçi” yenidən çempionluq üçün mübarizə aparacaq”.
Sabiq komandasının Azərbaycan Kubokunun yarımfinalında bu gün “Sabah”a qarşı keçirəcəyi oyun barədə danışan 29 yaşlı futbolçu qarşılaşmanın gərgin keçəcəyini söyləyib: “Bildiyim qədər, “Sabah” da əsas diqqətini ölkə kubokuna yönəldib. Bu turnir fərqlidir. Liqada məğlub olsan, növbəti turda bunu aradan qaldırmaq şansın var, amma kubokda uduzdunsa, artıq mübarizədən kənarda qalırsan. “Neftçi”nin mövsümü titulla bitirməyini istəyirəm”.
R.Bask yenidən Bakı klubuna dönmək istədiyini gizlətməyib: Düşünürəm ki, “Neftçi”dəki missiyam bitməyib, oraya qayıdıb çempionluq yaşamaq istəyərəm. O vaxt qızıma görə getmək məcburiyyətində qalmışdım. Şans düşsə, yenidən bu komandada oynamaq istəyərəm”.
Qeyd edək ki, Romen Bask 2021-2022-ci illər mövsümünün birinci yarısında “Neftçi”də çıxış edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:129
Bu xəbər 02 Aprel 2025 16:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















