Icma.az
close
up
RU
“Fransanın Azərbaycana münasibətində dəyişiklik real vəziyyətin dərkindən irəli gəlir” ŞƏRH

“Fransanın Azərbaycana münasibətində dəyişiklik real vəziyyətin dərkindən irəli gəlir” ŞƏRH

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

“Azərbaycanla Fransa arasında son dövrlərdə müşahidə olunan münasibətlərin dəyişməsi, xüsusilə də Prezident Emmanuel Makronun Azərbaycana qarşı siyasətində yumşalma bir neçə aspektdən izah oluna bilər. Birincisi, artıq şərtlər dəyişib. Azərbaycan Cənubi Qafqazda hərbi yolla müharibəni başa çatdırıb və bir çoxlarının, o cümlədən Fransanın da, erməni lobbisinin təsiri ilə gözlədiyi addımları atmadı”.

Bu fikirləri Gununsesi.info-ya politoloq Turan Rzayev vurğulayıb:

“Söhbət ondan gedirdi ki, guya Azərbaycan Qarabağdan sonra Zəngəzuru və Göyçə mahalını işğal etmək niyyətindədir. Lakin faktlar göstərdi ki, bu iddialar həqiqətə uyğun deyil. Əksinə, Azərbaycan münaqişənin sülh yolu ilə həlli istiqamətində ardıcıl addımlar atdı.

Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə keçirilən görüşlərdə Azərbaycanın irəli sürdüyü 5 baza prinsipi və sonrakı razılaşmalar nəticəsində sülh sənədinin paraflanması, tərəflərin razılığının ifadə olunması və sülh sazişi istiqamətində praktiki addımlar atıldı. Rəsmi Bakı, həmçinin, Ermənistanda konstitusiya dəyişikliklərinə dair müəyyən vaxt verilməsi məsələsində də konstruktiv mövqe nümayiş etdirdi.

Bu praqmatik və realist yanaşmanı Fransa da gördü. Makron administrasiyası anladı ki, erməni lobbilərinin təqdim etdiyi “Azərbaycanın ekspansionist siyasəti” iddiaları reallığa uyğun deyil”.

Onun fikrincə, Azərbaycanın məqsədi nə müharibə aparmaq, nə də işğal siyasəti yürütməkdir.

“Əksinə, ölkənin əsas niyyəti Cənubi Qafqazda sabitlik yaratmaq, iqtisadi və regional əməkdaşlığı gücləndirmək, xarici tərəfdaşlarla münasibətləri inkişaf etdirməkdir.

Belə olan halda prosesdən kənarda qalmaq Fransaya heç bir siyasi və ya iqtisadi üstünlük vəd etmir.

Bundan əlavə, qarşıda seçki prosesi dayanır. Necə ki, vaxtilə ABŞ-da keçirilən seçkilərdə rəsmi səviyyədə bəyan olunmasa da, Azərbaycanın müəyyən mənada Donald Trampa üstünlük verdiyi müşahidə olunurdu və nəticədə Tramp qalib gəlmişdi. İndi isə Makron görünür ki, ya özü yenidən seçilmək istəyir, ya da öz partiyasından irəli sürüləcək namizədə dəstək qazanmaq niyyətindədir”.

Turan Rzayev vurğulayıb ki, bu baxımdan, Azərbaycanla münasibətlərin normallaşması istiqamətində atılan addımlar həm də daxili siyasi maraqlar və qarşıdakı seçkilərlə bağlı ola bilər.

Gülxanım Əliyeva

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Oktyabr 2025 11:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see165

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see162

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see141

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see136

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see135

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri