Icma.az
close
up
RU
Fransanın Azərbaycandan öyrənəcəyi çox şey var Fransız jurnalistin baxışı

Fransanın Azərbaycandan öyrənəcəyi çox şey var Fransız jurnalistin baxışı

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransanın “La Gazette du Caucase” onlayn nəşrində “Musulmans en France” portalının təsisçisi və baş redaktoru, jurnalist Jan-Mişel Brünün müasir Fransanın beynəlxalq arenada necə qəbul olunduğuna həsr edilmiş məqaləsi dərc olunub.
Bizim.Media day.az saytına istinadən həmin məqaləni sizə təqdim edir:
“Fransanı sevirlər. Amma bir amerikalı yumoristin dediyi kimi, “dost — onu çox yaxşı tanıyıb yenə də sevəndir”.
 

Bu, mənim Azərbaycana ikinci səfərim idi. Dünyanın müxtəlif ölkələrindən olan ekspertlərdən ibarət nümayəndə heyətinin tərkibində Azərbaycanın mədəni paytaxtı və işğaldan əziyyət çəkmiş şəhər-mücahid Şuşanı ziyarət etdik. Bir anda bizə “yüksək səviyyəli görüş” olacağı bildirildi. Bu ifadənin nə demək olduğunu artıq yaxşı bilirəm: Azərbaycan Respublikasının Prezidenti bizimlə söhbət etmək istəyirdi. Peşə fəaliyyətimə görə dünya liderlərinin — kralların, prezidentlərin, sənaye nəhənglərinin böyük bir qismini görmüş biri kimi, onun necə bir insan olacağını böyük maraqla gözləyirdim.


Və məyus olmadım. Eləcə də həmkarlarım. Üç saat. Üç saat ərzində Azərbaycan lideri sakit, səmimi şəkildə, heç bir qeydə baxmadan, bəzən olduqca kəskin olan suallarımıza cavab verdi. Hansı dövlət başçısı qonaqlarına bu qədər hörmət göstərərək onlara üç saatını həsr edir? Onun köməkçisi Hikmət Hacıyev reqlamenti və iş qrafikini xatırlatmağa çalışdı, lakin Prezident qonaqların bütün suallarını cavablandırmaq niyyətində olduğunu vurğuladı:
“Qonaqlarımızın bütün suallarına cavab vermək istəyirəm”, — deyə Prezident İlham Əliyev bildirdi.
Növbə mənə çatdı.
“Cənab Prezident, ilk növbədə sizdən üzr istəmək istəyirəm... Mən fransızam!”
Prezident İlham Əliyev güldü: “Üzr istəməyə ehtiyac yoxdur, biz Fransanı çox sevirik”.
Bununla belə, ikiüzlülük baxımından Fransa hakimiyyətini üstələmək çətindir.
Livandan gəlmiş və Azərbaycanın ərazisinin beşdə birini ələ keçirməyə çalışan erməni fəallarına şərtsiz dəstək verilməsi, eyni zamanda Rusiyanın Ukraynaya müdaxiləsinin amansızcasına pislənməsi, azərbaycanlı dostlarımızı haqlı olaraq qıcıqlandıra bilərdi.
 

Mən əlavə etdim: “Yəqin düşünürsünüz ki, fransızlar azərbaycanlılara nifrət edirlər. Səhv edirsiniz: fransızlar hamıya nifrət edirlər!”


Bu zarafat, əslində, həqiqətdən o qədər də uzaq deyildi. Bəli, bir fransız kimi, Fransa tərəfindən edilənlərə (daha doğrusu, onun adından danışmaq və hərəkət etmək iddiasında olanlara) görə tez-tez utanc hissi keçirirəm.
Paris bələdiyyə şurasının Qarabağ müharibələri zamanı azərbaycanlı mülki şəxsləri deportasiya edən və öldürən cinayətkarların azad olunmasını tələb edən qətnamə qəbul etdiyini görəndə utanıram. Keçmiş baş nazirin və ehtimal olunan gələcək prezident namizədinin jurnalistin “sizcə kolonializm cinayətdirmi?” sualına “xeyr” cavabını verdiyini eşidəndə utanıram.
 

Parisin ən nüfuzlu prospektlərindən birinin minlərlə əlcəzairlini öldürmüş və qaz kameralarının sələfi olmuş marşal Büjonun adını daşımasını görəndə utanıram. Bir neçə ekstremist meyilli oliqarxın nəzarətində olan mətbuatda islamın Fransa üçün təhlükə olduğu və guya bütün müsəlmanların potensial terrorçu sayılması barədə yazıları oxuyanda utanıram. Fransa dövlətinin bütöv xalqları məhv edən rejimləri dəstəklədiyini görəndə utanıram.


On beş ildən artıqdır ki, prezidentlik institutunun onu təmsil edənlər tərəfindən gülünc hala salınmasını müşahidə edəndə utanıram. Və nəhayət, rəhbərlərimizin fransız dilini təşviq etməkdən imtina etməsi və mədəni irsimizin tədricən unudulması qarşısında təslim olmaları məni utandırır. Amma eyni zamanda qürur hissi də keçirirəm. Bir az da olsa, Viyonun, Rablein, Molyerin, Lamartinin, Hüqonun, Volterin, Sent-Ekzüperinin, Kesselin, Sezannın, Qoqenin, Dürasın varisi olduğum üçün qürur duyuram. Yunan, Roma və ərəb sivilizasiyalarının ardıcıl töhfələri ilə formalaşmış Fransa ilə fəxr edirəm.
Öz divarları arasında onun böyüklüyünə töhfə vermiş saysız-hesabsız əcnəbini qəbul etmiş Fransa ilə qürur duyuram:
Leonardo da Vinçi, Pablo Pikasso, Mariya Küri, Van Qoq, Şaqal, Apolliner, Eme Sezer və bir çox başqaları. Həmçinin Fransanın irqçilik, ayrı-seçkilik və ksenofobiya uçurumuna yuvarlanmasına imkan verməyən jurnalistlər, yazıçılar, filosoflar, rəssamlar və kino xadimləri ilə də fəxr edirəm. Onlar sübut edirlər ki, əsl zənginlik müxtəliflikdədir.
Bakı prospektləri ilə gəzərkən Parisin Osman memarlıq üslubundan ilhamlanmış binaları görməkdən və küçə künclərindən birində 1944-cü ildə general de Qollun Azərbaycana səfərinə həsr olunmuş xatirə lövhəsini görməkdən də qürur duyuram. Həmin səfər zamanı o, azərbaycanlı bəstəkar Üzeyir Hacıbəylinin “Koroğlu” operasının tamaşasında iştirak etmişdi.
 

Azərbaycan, yəqin ki, dünyanın ən multikultural ölkələrindən biridir və bəlkə də ən həmrəy cəmiyyətlərdən sayılır. Bu da sübut edir ki, başqasına hörmət və mədəni müxtəlifliyə dəstək cəmiyyətin möhkəmliyinin əsasına çevrilə bilər. Fransızlar da bu cür simvola çevrilsəydilər, haqlı olaraq qürur duyardılar.


Prezident İlham Əliyevə gəlincə, mən onunla daha iki dəfə görüşmüşəm və hər dəfə eyni mənzərə ilə qarşılaşmışam. O, heç vaxt dünyanın ən vacib adamı kimi görünməyə çalışmayıb, əksinə, həmişə bizə elə hiss etdirib ki, dünyada ən vacib insanlar məhz bizik.
Doğrudanmı, ondan nümunə götürəcək bir kəs tapılmayacaq?”.
Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 Dekabr 2025 18:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri