Fransanın bazalarının mövcudluğu suverenliklə bir araya sığmır
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
Ölkənin suverenliyi anlayışı Seneqal ərazisində Fransanın hərbi bazalarının mövcudluğu ilə bir araya sığmır.
Bakıvaxtı.az “Agence France-Presse”ə istinadən xəbər verir ki, bunu ölkə Prezidenti Bassiru Diomay Fay bəyan edib.
"Seneqal müstəqil, suveren ölkədir. Suverenlik hərbi bazaların mövcudluğuna icazə vermir", - B.Fay Fransanın hərbi bazalarını nəzərdə tutaraq bildirib.
O, Seneqalın ABŞ, Türkiyə, Çin və Səudiyyə Ərəbistanı ilə konstruktiv münasibətlərini nümunə gətirib. Qeyd edib ki, bu ölkələrin Seneqalda hərbi bazaları yoxdur.
Prezident, həmçinin bildirib ki, Seneqalın 80 il əvvəl Fransa ordusunun seneqallı hərbçilərə qarşı törətdiyi hərbi cinayətlərə görə rəsmi üzr tələb etmək hüququ var.
Qeyd edək ki, Seneqal Fransanın keçmiş müstəmləkəsidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:128
Bu xəbər 29 Noyabr 2024 09:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















