Icma.az
close
up
RU
Makron rəsmiləri bir araya yığdı Fransanın yeni planı nədir?

Makron rəsmiləri bir araya yığdı Fransanın yeni planı nədir?

Sfera.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Parisdə Fransa Prezidenti Emmanuel Makron ilə bir sıra ölkələrin baş qərargah rəisləri arasında görüş baş tutub. Görüşdə Türkiyə və Böyük Britaniya da daxil olmaqla 30 ölkədən nümayəndə iştirak edib. Lakin ABŞ təmsilçisi toplantıya qatılmayıb. Makronun çıxışı əvvəlcə açıqlansa da, görüş bağlı qapılar arxasında baş tutub. Mənbə Fransa liderinin çıxış edib-etmədiyinə aydınlıq gətirməyib. 

Maraqlıdır, yeni hərbi-strateji ittifaqlar və əməliyyat planları nəzərdən keçirilir? 

Fransa bu cür toplantılar vasitəsilə Avropa təhlükəsizlik siyasətinin mərkəzinə keçmək istəyir?

Mövcud suallarla bağlı Sfera.az-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu Fransa Prezidenti Makronun Avropa İttifaqına üzv ölkələrin və Türkiyənin iştirakı ilə keçirilən Hərbi qərargah rəisləri toplantısında ABŞ-nin iştirak etməməsini bir tərəfdən Fransanın imkanlarının məhdudluğu, digər tərəfdən isə ABŞ-nin siyasətinə zidd mövqe sərgiləmək istəyi ilə bağlı olduğunu bildirib. 

Deputatın sözlərinə görə, həmçinin bu addım Fransanın avrosentrizmin təmsilçisi kimi özünü Avropanın yeni lideri kimi təqdim etməyə cəhd göstərməsi ilə də əlaqəlidir:  


“Ancaq toplantının cəmi 1 saat 20 dəqiqə davam etməsi göstərir ki, bu görüş sadəcə formal xarakter daşıyır və bu, Fransanın Avropada liderliyə iddiaları yolunda növbəti uğursuz mərhələdir. Çünki hazırda Böyük Britaniya və ABŞ-nin fərqli mövqeyi, eyni zamanda Almaniyanın hələ də qeyri-müəyyən və yeni mövqeyi Avropada yeni silahlı qüvvələrin formalaşmasını mümkünsüz edir və bu təşəbbüsə qarşı çıxır. Bu səbəbdən də Avropada yeni təhlükəsizlik arxitekturasının qurulması Makronun işi deyil. Əgər belə bir təhlükəsizlik arxitekturası qurulacaqsa, bu məsələ yalnız 2027-ci ildən sonra – Makron dövrü bitdikdə gündəmə gələ bilər. 

Hamıya məlumdur ki, Makron ciddi siyasətçidir, lakin Avropanın siyasi elitasını səfərbər edəcək qədər güclü lider deyil. Buna görə də onun atdığı bu növbəti addım sadəcə populist xarakter daşıyır və heç bir real nəticəyə gətirib çıxarmayacaq. Çünki Avropanın təhlükəsizlik məsələsi ciddi bir məsələdir və Böyük Britaniya ilə Almaniyasız bu sistemi qurmaq mümkün deyil”.

Fidan Hacızadə

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://sfera.az
archiveBu xəbər 12 Mart 2025 14:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see332

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see326

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see309

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see308

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see291

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see291

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see289

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see274

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see254

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see243

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see241

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see239

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see238

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see238

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see229

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see226

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see210

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see207

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see186

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri