Icma.az
close
up
RU
Fransanın casus şəbəkəsinin planları və tapşırıqlar açıqlanıb Martin Ryanın məhkəməsi

Fransanın casus şəbəkəsinin planları və tapşırıqlar açıqlanıb Martin Ryanın məhkəməsi

Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Dövlət Təhlükəsizliyi Xidmətində başladılan cinayət işi üzrə Fransaya casusluqda ittiham edilən Martin Ryan və Azad Məmmədlinin cinayət işi üzrə növbəti məhkəmə iclası keçirilib.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Martin Ryan dövlət ittihamçısının suallarını cavablandırıb.

Dövlət ittihamçısının “İlk dəfə Azərbaycana hansı məqsədlə gəlmisən” sualına təqsirləndirilən şəxs bildirib ki, Azərbaycana biznes qurmaq üçün gəlib: "Burada Emin Süleymanov adlı şəxslə tanış oldum. Onunla mütəmadi əlaqə saxlayırdım. Bir müddət sonra onunla əlaqəm kəsildi. O, burada fəaliyyət göstərən Fransa şirkətləri ilə Azərbaycan şirkətləri arasında görüşlər təşkil edirdi. Ona burada bir adam lazım idi. Bu təklif mənə edildi və mən o zaman işsiz idim. İşsiz olmağıma baxmayaraq, pulum var idi. Mən bunu özümə bir fürsət kimi qəbul etdim və işə müsbət cavab verdim”.

Dövlət ittihamçısının “Fransa səfirliyi ilə niyə əlaqə qurmusan” sualına Martin Ryan işinin bunu tələb etdiyini deyib:

“Fransa səfirliyinin işçiləri ilə tanışlığım 2015-ci ilə təsadüf edir. Azərbaycanda özüm üçün biznes qurmaq istəyirdim. Bunun üçün də mənə əlaqələr lazım idi. Mən Ramin Məmmədovla tanış oldum və onunla birgə biznes qurduq. Biz Fransa şirkətlərini Azərbaycana cəlb edirdik. İşlərimiz də yaxşı idi. Daha sonra mən Frederik Devosla tanış oldum. O, mənə dedi ki, hazırda iki vacib işlə məşğuldur. Geostrateji analizlər aparırdı. Bu analizlər də əsasən İranla bağlıdır.
Digər məsələ Azərbaycanda yaşayan fransızların təhlükəsizliyini qorumaqdır.

Bunlar mənə şübhəli gəldi. Çünki Azərbaycanda yaşayan fransızların təhlükəsizliyini qorumaq səfirliyin işidir. Görüş əsnasında cibindən şəkil çıxarıb mənə dedi ki, bu şəxs Rusiya vətəndaşıdır. Fransadan qovulub, Qazaxıstanda da olub. Azərbaycanda da ola bilər. Bununla yanaşı, o, mənə bildirdi ki, həm İran, həm də Rusiya şirkətləri təhlükəlidir. İran və Rusiya barəsində şübhəli məqamlardan söhbət etdi və onlardan ehtiyatlı olmağımı tapşırdı. Həmçinin, şübhəli məqamla rastlaşdığım zaman ona bu barədə bildirməyimi dedi. Eyni zamanda, tanıdığım Azərbaycan vətəndaşlarını onunla görüşdürməyimi istədi”.


Təqsirləndirilən şəxs bildirib ki, Devos ondan Azərbaycan və Ermənistan arasındakı konfliktli məsələlərdən danışmasını istəyib: “4 oktyabr 2020-ci ildə Fransa və Azərbaycan arasında diplomatik münasibətlər gərginləşdi. O, məndən müharibə zamanı güc fərqləri, silahlar və ölkənin durumu, Türkiyə və Pakistan haqqında suallar verir, əlimdə videolar olarsa, onunla bölüşməyimi istəyirdi. Mən anladım ki, bunlar erməni dəyirmanına su tökmək üçündür. Təsəvvür edin ki, o qədər Türkiyə və Pakistan haqqında suallar verir, məlumatlar almaq istəyirdi ki, heç Ermənistan, İran və Rusiya barəsində o qədər suallar vermirdi. Diqqət Azərbaycana dəstək olan ölkələrə yönəlmişdi. Mən bundan şübhələnmişdim. Onun üçün də öz işimlə məşğul idim. Pavilyonlara gedir, xarici şirkətlərlə əlaqə qurmağa çalışırdım. Bizə maraqlı olan İran şirkətləri idi və bir çox İran şirkətləri ilə əlaqələr qurmuşuq”.

İttiham tərəfinin “Azərbaycanlı şəxsləri onunla tanış etmisən” sualına təqsirləndirilən şəxs belə cavab verib: “Zaur Mustafayevi Frederik Devosla mən tanış etdim. Daha sonra bu işləri Azad Məmmədli görməyə başladı. O, bu işi çox yaxşı bacarırdı. Çünki onun müəyyən məqsədləri var idi. Daha sonra İlqar adlı iş adamı ilə tanış olmaq istəyirdi.

İlqarın həyat yoldaşı Devosun yoldaşını yaxşı tanıyırdı. Hər iki xanım “Bakou Francophones” Assosiasiyasında çalışırdı. Mən də İlqarı çox yaxşı tanıyırdım. Mən Azərbaycanda fransız dilindən dərs keçirdim. İlqarı da buradan tanıyıram. O, mənim dinləyicim olub”.

Təqsirləndirilən Martin Ryan bildirib ki, Olqa adlı qadın fransız dilindən dərs almaq üçün ona müraciət edib: “Bu müraciət mənə şübhəli gəldi. Niyə bir səfirlik əməkdaşı öz diplomatik işini saxlayaraq fransız dilini öyrənib turizm sektorunda çalışmaq istəsin? 2-3 dərsdən sonra Olqa dərsə gəlmədi. Mən bu haqda kursun rəhbərliyinə bildirdim. Onun da məlumatı olmadı. Baş verən bütün hadisələr məndə əsaslı şübhələr yaratdı. Az sonra Frederik də getdi. Loran Lödi adlı şəxs mənimlə əlaqə saxladı və Frederik Devosun davamçısı olduğunu bildirdi. Lakin o, mənimlə əlaqə saxlayan zaman Frederik Azərbaycanda idi. Loran Lödi də Frederikin məndən istədiklərini istəyirdi və görüşlərin sıx-sıx baş tutacağını deyirdi. Haradan tanıdığını bilmirəm, amma Loran Lödi mənimlə yanaşı, Azad Məmmədlini də tanıyırdı. O zaman mən hiss etdim ki, Loran Lödinin nəzarəti altındayam. Əlbəttə, mən bunu Azad Məmmədliyə dedim. Ona Fransa xüsusi xidmət orqanlarının nəzarətində olduğumuzu və diqqətli hərəkət etməyimizi bildirdim. Bir müddət sonra Loran Lödi yoxa çıxdı. Mən onun köməkçisi ilə əlaqə saxladım. Köməkçisinin də ondan xəbəri olmadığını öyrəndim. Daha sonra mənimlə avqust ayında Jerom adlı şəxs tanış oldu. Onunla vatsap üzərindən əlaqə saxlayırdıq. O, mənə palçıq vulkanları tərəfdə görüşməyi təklif etdi. Çünki ora gözdən uzaq məkandır. Mən birbaşa üzrxahlıq edib görüşdən imtina etdim. Lakin biz onunla tədbirlərdə görüşürdük. Mövzumuz adətən İranla bağlı olurdu. İşlə bağlı mənə deyirdi ki, Azərbaycanda spirtsiz içkilərə təlabat var. Ölkəyə spirtsiz içkilərin daha çox gətirməyimi tövsiyə edirdi”.

Dövlət ittihamçsı “Səfirliyin bu tapşırıqlarını nə üçün edirdin” sualına Martin Ryan maddi qarşılıq güdmədiyini, ancaq iş üçün etdiyini bildirib: “Səfirliklə əlaqə qurmaq mənə vacib idi. Bu həm mənim təhlükəsizliyimin qorunması istiqamətində atdığım addım idi, həm də iki ölkə arasında münasibətlərin nə yerdə olduğunu bilirdim. Gördüyüm bu işlər qarşılığında mənim maddi gəlirim olmayıb, sadəcə, olaraq səfirliklə əlaqəm möhkəmlənib”.

Proses aprelin 14-ü davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər 2023-cü il dekabrın 4-də həbs olunub. Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən “Merkorama” MMC-nin baş direktoru olan Martin Ryana qarşı AR Cinayət Məcəlləsinin 276-cı maddəsi (casusluq) üzrə ittiham irəli sürülüb.

İttihama görə, Martin Ryan onu məxfi əməkdaşlığa cəlb edən, sonradan Bakıdan “persona non-grata” elan edilərək qovulmuş Fransanın DGSE (Xarici Təhlükəsizlik Baş İdarəsi) əməkdaşları tərəfindən agent-casus kimi istifadə edilib. Həmin cinayət işi üzrə Martin Ryanla yanaşı, Azərbaycan Respublikasının vətəndaşı Azad Məmmədliyə 274-cü maddə (dövlətə xəyanət) ilə ittiham irəli sürülüb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://apa.az
archiveBu xəbər 13 Mart 2025 18:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see522

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see243

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see237

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see236

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see222

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see221

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see220

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see219

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see208

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see200

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see198

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see195

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see195

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see189

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see170

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see166

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see165

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see158

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see153

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri