Fransanın dəmir yolçuları kütləvi tətilə hazırlaşırlar
Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.
Paris, 4 iyun, AZƏRTAC
Fransanın Dəmir Yolları Milli Şirkəti (SNCF) daxilində fəaliyyət göstərən əsas həmkarlar ittifaqları iyunun 10-a ümummilli tətil çağırışı ediblər. Bu addım dəmir yolu şəbəkəsində ciddi pozuntulara səbəb olacaq.
AZƏRTAC xəbər verir ki, dörd əsas həmkarlar ittifaqı – “Sud-Rail”, UNSA, CGT və CFDT – iyunun 10-a tətil çağırışı edərək, sərnişin daşımalarında ciddi gecikmə, hətta, qatar reyləsrinin ləğvi ehtimalını artırıblar. Risk altında olan xətlərə TER, TGV, “Intercités”, “Transilien” və RER kimi qatarlar daxildir.
SNCF bildirir ki, ləğv və ya dəyişikliklər sərnişinlərə qatarın yola düşməsindən 48–72 saat əvvəl SMS və ya e-poçt vasitəsilə göndəriləcək. Bu bildirişlər vasitəsilə sərnişinlər səyahətlərinin statusunu əvvəlcədən öyrənə biləcəklər.
Həmkarlar ittifaqları mayın 6-da verdikləri bəyanatda iş yerində artan problemləri – istehsalat qəzaları, xəstəlik məzuniyyətləri və intihar hallarını, şirkət daxilində aparılan struktur dəyişiklikləri və filiallaşma prosesləri ilə əlaqələndiriblər.
Həmkarlar ittifaqları eyni zamanda əməkhaqlarının artırılmasını tələb edirlər. Onların fikrincə, şirkət əməkdaşların alıcılıq qabiliyyətini artırmadan məhsuldarlıq təzyiqini yüksəltməkdə davam edir. Onlar rəhbərliyi sosial dialoqa çağıraraq, çağırışlarına tez cavab verilməsini tələb edirlər.
Bu etiraz dalğası, 2025-ci ilin noyabrında dəmir yolu qrupunun rəhbəri təyin edilən Jan Kasteks üçün ilk böyük sosial sınaq kimi qiymətləndirilir.
Baxış sayı:89
Bu xəbər 04 İyun 2026 12:38 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















