Fransanın dövlət borcu rekord həddə çatdı
Axar.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Fransanın dövlət borcu rekord həddə çatıb.
Axar.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Fransanın Milli Statistika İnstitutu məlumat yayıb.
Belə ki, ölkənin dövlət borcu 3,536 trilyon avroya çatıb ki, bu da ÜDM-nin 117.5%-ni təşkil edir. Yalnız bir rüb ərzində dövlət borcu 75.6 milyard avro artıb.
"Le Monde" qəzetinin xəbərinə görə, 50 ildən artıqdır ki, hökumət, yerli hakimiyyət orqanları və sosial təminat sistemi hər il gəlirlərdən, xüsusən də vergilərdən daha çox vəsait xərcləyib. Aradakı fərqi bağlamaq üçün dövlət getdikcə daha çox borclanmalı olub və bu da belə yüksək göstəriciyə gətirib çıxarıb.
Baxış sayı:71
Bu xəbər 25 İyun 2026 23:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















