“Fransanın təzyiqinə baxmayaraq, xalqımız milli kimliyini qoruyur” KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
“Martinika Fransanın milli kimliyi məhv etməyə yönəlmiş assimilyasiya siyasətinə baxmayaraq, iqtisadi və mədəni müstəqillik uğrunda mübarizəsini davam etdirir”.
KONKRET.az “Report”a istinadən xəbər verir ki, bunu Martinika Demokratlar və Ekoloqlar Hərəkatının (MODEMAS) şöbə rəhbəri Luici Bule Bakıda keçirilən “Kolonializm: milli-dini kimliyin silinməsi” adlı beynəlxalq konfransda bildirib.
L.Bulenin sözlərinə görə, Martinikanın iqtisadiyyatı hələ də metropoliyadan tamamilə asılıdır və bu da onun inkişafını əhəmiyyətli dərəcədə ləngidir:
“Bizim azad iqtisadiyyatımız yoxdur. İxracımızın əsasını şəkər və banan təşkil edir, lakin bu sahələr Fransanın nəzarətində olduğundan, martinikalılar öz resurslarından real fayda əldə etmirlər”.
O vurğulayıb ki, adadakı təhsil sistemi və hüquq-mühafizə orqanları Fransa hökumətinin maraqlarına xidmət edir.
L.Bule bildirib ki, Fransa adada həyata keçirdiyi assimilyasiya siyasətini təbii proses kimi təqdim etməyə çalışır:
“Lakin Martinika sakinləri öz dillərində danışırlar və adət-ənənələrini qoruyurlar. Bu, bizim azadlığa gedən yolumuzdur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 29 Mart 2025 16:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















