Icma.az
close
up
RU
Fransanın üz qarası, yaxud fransızların qəzəbinə tuş gələn Makron

Fransanın üz qarası, yaxud fransızların qəzəbinə tuş gələn Makron

Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Prezident Emmanuel Makronun uğursuz idarəçiliyi, səriştəsizliyi Fransanı addımbaaddım fəlakətə, böhrana sürükləyir. Hökumət böhranları, miqrantlara qarşı sərt tədbirlər, antisemitizm və sosial problemlər günbəgün artır. Bütün bunlar da prezident və komandasını çətin duruma salır. Hakimiyyət ciddi reytinq problemi yaşayır.

Araşdırmalara görə, Fransa liderinin populyarlıq səviyyəsi daha beş faiz azalaraq 17 faizə enib. Bu, Makronun prezident seçildiyi 2017-ci ildən bəri ən aşağı göstəricidir. Eyni zamanda, respondentlərin 78 faizi prezidentin fəaliyyətindən narazı olduqlarını bildirib. Fransa liderinin təmsil olunduğu partiyada fəalların sayı il ərzində təxminən dörd dəfə azalaraq 35 mindən 8,5 minə düşüb.

Növbədənkənar parlament seçkilərindən sonrakı bir ay ərzində isə Makronun siyasəti ilə razılaşmayan dörd deputat prezident fraksiyasını tərk edib. Qeyd edək ki, bir müddət öncə, Fransa parlamentinə və Avropa Parlamentinə seçkilərdə partiyasının aşağı nəticələrinə baxmayaraq, Makron prezident postunu tərk etmək niyyətində olmadığını və 2027-ci ilin mayında keçiriləcək seçkilərədək vəzifəsində qalacağını bildirib.

Bəs necə olur ki, dövlət başçısı bu qədər təzyiq və tənqidlərə tuş gəlir? Səbəb də bəllidir - ölkəni bürüyən problemlərə biganəlik və diqqətsizlik.

Makrona nifrət, narazılıq bütün sahələrdə özünü göstərir. Məsələn, çoxsaylı faktlardan biri ötən gün qeydə alınıb. Prezidentin Notr-Dam kilsəsində çıxış etmək qərarı belə sərt tənqidlərə tuş gəlib.

RFI radiosunun məlumatına görə, Paris arxiyepiskopu Loran Ulrix "bu, dünyəvi dövlətin lideri üçün qeyri-adi addımdır" deyib. O, açılış mərasimində lentin kəsilə biləcəyini əlavə edib və prezidentin kilsənin qarşısında deyil, məhz içəridə salamlama nitqi söyləyəcəyini vurğulayıb. Mərasimdə, həmçinin yanğın zamanı tozdan zərər çəkmiş, "tam sökülərək təmizlənmiş və işlək vəziyyətə gətirilmiş" məşhur kilsə orqanı musiqisi səslənəcək.

Dekabrın 7-də kilsənin açılışı münasibətilə prezidentin çıxış qərarı bəzi din xadimlərinin narazılığına səbəb olub. Fransız ictimaiyyətinin bəzi nümayəndələri sosial şəbəkələrdə bununla bağlı etirazlarını bildiriblər və indiki dövlət başçısına qədər bu məbəddə heç bir siyasi xadimin çıxış etmədiyini qeyd ediblər.

General Şarl de Qollun nəvəsi Pyer de Qoll "X" sosial şəbəkəsində bildirib ki, "Fransa kralları da daxil olmaqla heç kim müqəddəs məbədə müdaxilə etməyə cəsarət etməyib - nə Allaha, nə Fransaya, nə də öz xalqına inanmayan bir insandan başqa".

Bərpadan sonra kilsənin açılışı ilə bağlı tədbirlər dekabrın 7 və 8-də keçiriləcək.

Qeyd edək ki, 2019-cu ilin aprelində Notr-Dam kilsəsində tarixdə ən böyük yanğın baş vermişdi. Qüllə uçmuş, dayaq konstruksiyası alovlanmışdı. İstintaqın müəyyən etdiyinə görə, yanğın o zaman bərpa işlərinin aparıldığı yuxarı hissədən başlamışdı. Yanğının dəqiq səbəbi açıqlanmayıb.

Fransanı acınacaqlı duruma salan Makron və komandasının ölkə daxilində yaratdığı problemlər kütləvi qarşıdurmalara səbəb olur. Məsələn, Puatye şəhərində yüzlərlə insanın iştirakı ilə kütləvi dava yaşanıb, yaralananlar var. Fransa daxili işlər naziri Bruno Retayo hadisədən dərhal sonra "atışmanın narkotik alveri ilə bağlı olduğunu" bildirib. Bununla da Makron Fransasına açıq silahlı narkotik hesablaşmaları da əlavə olunub. Yarıtmaz siyasət nəticəsində Fransa narkotik alverçiləri üçün tranzit ölkəyə çevrilir. Təkcə 2024-cü ilin aprelində Le Boulou rayonunda soyuducu yük maşınlarından birində gömrük işçiləri 770 kq kannabis tozu aşkar ediblər. Qaçaqmalın qeyri-qanuni bazardakı məbləği 5,5 milyon avrodan çox qiymətləndirilib.

"The Times"ın Fransa polisindən əldə etdiyi məlumata görə, "Paris yeni Marsel olur", çünki "yeni bandalar bəzi ətraf rayonlarda narkobiznesi ələ keçirməyə çalışırlar, həbsdən azad edilmiş bir sıra banda liderləri öz ərazilərində rəqib narkotik alverçiləri aşkar ediblər".

Ən acınacaqlısı odur ki, Fransa daxilində yaşananların əvəzinin müstəmləkələrdən çıxarılmasına çalışılır. Rəsmi Paris hakimiyyətini, təsir gücünü qoruyub saxlamaq üçün dənizaşırı əyalətlərində, konkret olaraq Martinika və Qvadelupada terror törətməkdən çəkinmir. Təzyiq, komendant saatı, elektrik enerjisinin dayandırılması Martinikada kütləvi etirazlara səbəb olub. Qonşu Qvadelupada işçilər yeganə elektrik stansiyasının dispetçer məntəqəsini bağlayıblar ki, bu da elektrik enerjisinin kəsilməsinə və komendant saatının tətbiqinə səbəb olub. Lakin etirazların sosial və siyasi bərabərsizlik, həmçinin Fransanın Karib hövzəsindəki müstəmləkə irsi ilə bağlı dərin tarixi kökləri var.

Martinika sakinləri ərzaq məhsullarının yüksək qiymətləri ilə üzləşirlər - onlar kontinental Fransadan 40% çox, tibbi xidmətlər üçün isə 13% çox ödəyirlər. Eyni zamanda, orta gəlir xeyli aşağıdır. Ada əhalisinin təxminən 30%-i yoxsulluq həddindən aşağı yaşayır ki, bu da Fransanın Avropa hissəsindəki göstəricidən iki dəfə çoxdur. Adada etirazlar yeni deyil - oxşar iğtişaşlar 2009 və 2021-ci illərdə də baş verib. Aksiyaların əksəriyyəti dinc olsa da, son həftələrdə sakinlərin narazılığı zorakılığa çevrilib. Neokolonializm və ekoloji problemlər Martinika və Qvadelupa sakinləri müstəmləkə keçmişinin nəticələrini dərk edir və həyat qiymətlərinin yüksək olmasına qarşı fəal mübarizə aparırlar. Onlar iqtisadi, sosial və ekoloji bərabərsizliklə üzləşirlər.

Beləliklə, Fransa Makronun idarəçiliyi nəticəsində tarixinin ən problemli illərini yaşayır. Səbəb də mövcud iqtidarın səriştəsizliyi, idarəçiliyin zəifliyi, min kilometrlərlə uzaqda yerləşən dövlətlərin daxili işlərinə qarışmasıdır. Sadaladığımız problemlər də onların azacıq hissəsidir. Nə qədər ki, Makron hakimiyyətdədir, bu problemlər davam edəcək.

REPORT

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 04 Noyabr 2024 20:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see409

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see340

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see301

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see296

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see262

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see257

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see239

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see229

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see172

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see155

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see147

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see138

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see131

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see129

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see126

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see125

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see120

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see120

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri