Icma.az
close
up
RU
Fransız nazir Avropanın süni intellektdə geridə qaldığını etiraf edib

Fransız nazir Avropanın süni intellektdə geridə qaldığını etiraf edib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Paris, 28 avqust, AZƏRTAC

Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Barro Avropanın süni intellekt (Sİ) sahəsində böyük texnoloji güclərdən geri qaldığını etiraf edib. Bununla belə, nazir bu geriliyin aradan qaldırıla biləcəyini və yarışın hələ bitmədiyini bildirib.

AZƏRTAC xəbər verir ki, Barro Parisdəki Roland-Qarros stadionunda keçirilən Fransa Sahibkarlarının Görüşündə (REF) çıxış edərək süni intellekt üçün yeni intizam qaydalarının tətbiq edilməsini təklif edib. Onun fikrincə, süni intellekt modelləri istifadəyə verilməzdən əvvəl qiymətləndirilməli, tətbiqdən sonra nəzarətdə saxlanılmalı və baş verən insidentlər barədə məlumat verilməlidir.

“Süni intellekt də öz əməllərinə görə cavab verməlidir”, – deyə Barro bildirib. O, bu yanaşmanın innovasiyaları məhdudlaşdırmamalı, tərəqqini ləngitməməli və yeni texnologiyaların iqtisadiyyat və cəmiyyətdə yayılmasına mane olmamalı olduğunu vurğulayıb.

Barro təklif etdiyi yanaşmanın əsas prinsiplərini belə sıralayıb: “Tətbiqdən əvvəl qiymətləndirmək, tətbiqdən sonra nəzarət etmək, insidentlər barədə məlumat vermək və dövlətlər arasında informasiya mübadiləsi aparmaq”.

Nazir son dövrdə “Anthropic” və “OpenAI” tərəfindən hazırlanmış Sİ modelləri ilə bağlı baş vermiş insidentləri də xatırladaraq belə hadisələrin nəzarət mexanizmlərinin gücləndirilməsinin vacibliyini göstərdiyini bildirib.

Strateji baxımdan isə Barro Avropanın Sİ sahəsində texnoloji imkanlarını və suverenliyini gücləndirməyə çağırıb. O, Avropanın ABŞ və Çin kimi böyük texnoloji güclərlə rəqabətdə geridə qaldığını qəbul etsə də, Avropanın bu yarışda yalnız müşahidəçi rolunda qalmasının qaçılmaz olmadığını vurğulayıb.

“Bu fikrə son qoymaq lazımdır, çünki məsələ hələ həll olunmayıb və yarış bitməyib”, – deyə fransalı nazir bildirib.

Onun sözlərinə görə, süni intellektin yaratdığı imkanların və gələcək gəlirlərin yalnız bir neçə Çin və ya ABŞ mənşəli xarici monopoliyanın nəzarətinə keçməsinə yol vermək olmaz.

Barro Avropanı bu strateji sahədə daha cəsarətli addımlar atmağa çağıraraq, Avropanın geridə qaldığını, lakin bu geriliyin “geri çevrilə bilən” olduğunu deyib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Avqust 2026 14:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see335

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see321

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see320

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see300

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see299

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see285

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see264

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see249

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see243

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see235

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see231

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see217

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see212

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see194

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see192

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see188

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see171

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see169

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri