Fransız və erməni hakerlər Trend BİA və saytlarına hücum ediblər
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Trend beynəlxalq informasiya agentliyinin və Day.Az informasiya portalının saytları xaricdən kiberhücumlara məruz qalıb. Hücumlar resursların işinə təsir edərək məzmuna girişdə fasilələrə səbəb olub.
Mövcud məlumatlara görə, informasiya resurslarımıza qarşı kütləvi hücum yanvarın 26-da saat 23:00 radələrində başlayıb və bu gün səhər saatlarında pik intensivliyə çatıb. Hücumun həyata keçirilməsi üçün hakerlər Azərbaycan İP ünvanları oğurlayıblar. İlkin məlumatlara görə, hücumlar Fransa və Ermənistan ərazisindən həyata keçirilir.
Hazırda agentliyin İT xidmətləri Delta Telecom ilə problemlərin tam həlli üçün çalışır.
Yaranmış müvəqqəti narahatlığa görə oxucularımızdan üzr istəyirik. Yaxın vaxtlarda Trend BİA kiberhücum və hücum edənlər haqqında ətraflı əlavə məlumat verəcək.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 27 Yanvar 2025 11:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















