Frensis Ford Koppola maliyyə çətinliklərinə görə kolleksiyasındakı əşyaları hərraca çıxarır
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
Dünya kinosunun incisi sayılan "Xaç atası" filminin rejissoru Frensis Ford Koppola şəxsi kolleksiyasından əşyalarının hərracını təşkil edir.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı NTV telekanalı yayıb.
Bildirilir ki, rejissor "Meqapolis" adlı sonuncu filminin uğursuzluğundan sonra düşdüyü ziyanı aradan qaldırmaq üçün əşyalarını hərraca çıxarır. Rejissor bu filmi başqa studiyalarla əməkdaşlıqdan imtina edərək öz vəsaiti hesabına çəkib. Nəticədə çəkilişlərinə 120 milyon dollar xərclənən film ona cəmi 14.3 milyon dollar qazandırıb.
Satışa çıxarılan əşyalar arasında qiyməti təqribən bir milyon dollar civarında olan "F. P. Journe" saatı da var. Jurnalın yazdığına görə, Koppolanın Fransua-Pol Jurn ilə birgə hazırladığı bu saat unikal artefakt hesab edilir. Model qara titandan insan əlinin açılan barmaqları formasında əqrəblə təchiz olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 24 Oktyabr 2025 18:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















