Freya Kolbert Bakıda qələbədən sonra danışdı: “Sanki dövrə tamamlandı”
Icma.az, Idman.biz portalına istinadən məlumat verir.
Azərbaycanda ilk dəfə keçirilən üzgüçülük üzrə Dünya Kubokunun Bakı mərhələsində ilk qələbəni çoxqat Avropa və dünya çempionu Freya Kolbert qazanıb.
İdman.Biz-ə müsahibəsində idmançı yarışın startındakı təəssüratlarını bölüşüb və 2019-cu ildə Avropa Gənclər Olimpiya Festivalında iştirak etdikdən yeddi il sonra Azərbaycana qayıtmağın onun üçün necə hiss olduğunu danışıb:
“Bu, kiçik yay fasiləsindən sonra mövsümdəki ilk yarışımdır və 400 metr məsafə ilə başlamaq kifayət qədər çətindir, buna görə də bir az həyəcanlı idim. Lakin əlimdən gələni etdim və tempi saxlamağa çalışdım. Bu hovuz mənim çox xoşuma gəlir. Mən bura hələ gənc yaşlarımda gəlmişdim, yəni 15 yaşımda burada olmağımdan artıq, yəqin ki, yeddi il keçib. Bu qədər vaxtdan sonra geri dönmək və burada, Bakıda sanki dövrənin tamamlandığını hiss etmək çox xoşdur”.
Kolbert belə uğurlu başlanğıcın növbəti yarışlar üçün ona əlavə motivasiya verdiyini deyib:
“Şübhəsiz ki! “Triple Crown” (“Üçlü Tac”) adlanan xüsusi bonus nəzərdə tutulub. Əgər mən bu yarışı və növbəti iki mərhələni qazansam, sonda pul mükafatı alacağam. Bu da turun digər mərhələləri boyunca mənim motivasiyamı həqiqətən artırır”.
Qeyd edək ki, Freya Kolbert ilk yarış günündə 400 metr məsafəyə sərbəst üsulla üzmədə qızıl medal qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 01 Oktyabr 2026 19:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















