Fridrix Merts: Türkiyə Almaniya və NATO üçün önəmli tərəfdaş və müttəfiqdir
Yeniazerbaycan saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Türkiyə Almaniya və NATO üçün önəmli bir tərəfdaş və müttəfiqdir.
AZƏRTAC xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts NATO-nun Ankarada keçirilən Sammiti ilə əlaqədar X hesabındakı paylaşımında bildirib.
O, Ankarada göstərilən yüksək qonaqpərvərliyə görə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana minnətdarlığını bildirib.
Qeyd edək ki, Kansler Ankaraya yola düşməzdən əvvəl media nümayəndələrinə açıqlamasında NATO-nun Ankarada güc və birlik nümayiş etdirməsinin vacibliyini vurğulayıb. Almaniyanın bu Sammitə ciddi hazırlaşdığını bildirən Fridrix Merts deyib: "Arzum budur ki, birlikdə "Ankara ruhu"nu formalaşdıra bilək. Bu Sammitdən veriləcək əsas mesaj belə olmalıdır: NATO-nun transatlantik xarakterini qoruyub saxlaması üçün biz daha güclü Avropa dayaqlarına malik NATO qururuq”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:159
Bu xəbər 08 İyul 2026 18:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















