Icma.az
close
up
RU
Fridrix Merzin ittihamı

Fridrix Merzin ittihamı

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Xaqani CƏFƏRLİ

Almaniyada son parlament seçkilərinin qalibi olan Xristian Birlik İttifaqının (CDU/CSU) lideri və yaxın zamanlarda kansler olacaq Fridrix Merz Ukrayna prezidenti Volodimir Zelenskinin Vaşinqtona səfəri zamanı baş verən qalmaqalın ABŞ rəhbərliyi tərəfindən əvvəlcədən təşkil edildiyini bildirib. Ağ evdəki görüşün videosunu dəfələrlə izlədiyini bildirən Merz baş verənlərin açıq-aydın təxribatlı gərginlik olduğunu bəyan edib.

Prezident Donald Trampa və vitse-prezident Cey-Di Vensə yönəlik tənqidlərini sərtləşdirən Merz bildirib ki, bu cür ritorika ABŞ-ın yeni administrasiyasının ümumi davranış xəttinə uyğun gəlir: "Son bir neçə həftə ərzində baş verən silsilə hadisələrdə, o cümlədən Münhendəki təhlükəsizlik konfransında Amerika nümayəndə heyətinin iştirakı ilə Vaşinqtonda gördüklərimizdə müəyyən bir davamlılıq var".

Yaxın zamanlarda Almaniya hökumətinə rəhbərlik edəcək Merz Rusiyaya qarşı dayana bildikləri kimi, ABŞ-a qarşı da dayana biləcəklərini bəyan etmişdi. Ağ evdə baş verənlərin Zelenskiyə qarşı təxribat olduğu haqqında iddialar ilk olaraq ABŞ mətbuatında meydana gəlib. "New York Times"ın köşə yazarı və Pulitzer mükafatının üçqat laureatı Tomas Fridman baş verənlərin "açıqca planlaşdırılmış pusqu" olduğunu bildirib. Amerikanın ən qədim jurnallarından biri olan "The Atlantic"in analitiki və ABŞ Hərbi Dəniz Müharibəsi Kollecinin fəxri professoru Tom Nikols vitse-prezident Vensi qalmaqalı təşkil etməkdə günahlandırıb. Professor Tom Nikols vitse-prezidenti "ciddi məqamlarda öz əhəmiyyətini göstərməyə çalışan etibarsız adam" kimi xarakterizə edib. Nüfuzlu "Financial Times" nəşrinin redaktor məqaləsində deyilir ki, "Zelenski alçaldılmaq üçün tələyə salınıb".

Polşanın keçmiş prezidenti, Nobel Sülh Mükafatı laureatı Lex Valesa Trampa ünvanladığı məktubda belə yazıb: "Ukrayna prezidenti Volodimir Zelenski ilə söhbətinizi dəhşət və ikrah hissi ilə izlədik. Biz Ukraynanın ABŞ-ın Rusiyaya qarşı mübarizədə ona göstərdiyi maddi dəstəyə görə minnətdarlığını bildirməsi ilə bağlı gözləntinizi təhqiramiz hesab edirik".

ABŞ-da Ağ evdə baş vermiş hadisə ilə bağlı etirazlar elə böyük miqyas alıb ki, Tramp administrasiyasının üzvüləri ard-arda açıqlamalarla çıxış edərək, baş verən hadisənin öncədən hazırlanmış təxribat olduğunu təkzib etməyə çalışırlar. Almaniyanın yaxın günlərdə kansleri olacaq Merzin ittihamı isə Ağ evdə yaşananlarla bağlı şübhələri siyasi müstəviyə keçirəcək. Merzin ittihamına Tramp və Vensin səssiz qalmayacağı halda Berlinlə Vaşinqton arasında münasibətlər gərginləşəcək. Bu isə Avropa dövlətlərini Almaniya ilə ABŞ arasında seçim etmək məcburiyyətində qoya bilər. Belə görünür ki, Merz ABŞ-dan asılı olmayan Avropa təhlükəszilik sisteminin qurulması ideyasını gerçəkləşdirmək üçün münbit şərait qazanıb. Tramp və administrasiyasının üzvləri isə səhvləri düzətmək əvəzinə, yeni səhvlərə yol verirlər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Mart 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda “Tiktok” nə vaxt açılacaq? RƏSMİ AÇIQLAMA

13 Oktyabr 2026 02:22see927

Premyer Liqa: Debütant “Nyukasl”ı darmadağın etdi

13 Oktyabr 2026 00:53see389

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see340

Almaniyada “Starlink“ stansiyasının yandırılmasına görə Türkiyə vətəndaşları saxlanılıb

12 Oktyabr 2026 23:56see328

İran Azərbaycanda ideoloji təsirini genişləndirməyə çalışır?

12 Oktyabr 2026 21:39see305

Vüqar Oruc Qüdsi Osmanovla görüşdü

12 Oktyabr 2026 21:13see297

İranın növbəti təxribatı hicaba siyasi don geyindirmək istədilər VİDEO

12 Oktyabr 2026 21:10see260

La Liqa: Valensiyada triller

13 Oktyabr 2026 01:11see258

Rusiya XİN: İran ətrafındakı münaqişə tezliklə başa çatmalıdır

13 Oktyabr 2026 05:08see239

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see214

Dünyada ən çox satılan kompüter markaları açıqlandı SİYAHI

13 Oktyabr 2026 02:44see213

17 18 ci əsrlərdə körpələrə niyə dəbilqə taxılırdı?

13 Oktyabr 2026 02:38see209

“The Atlantic“: Tramp Ukraynanı təslim olmağa məcbur etməyə çalışacaq

13 Oktyabr 2026 00:01see208

Ərəb koalisiyası husilərin Səudiyyə Ərəbistanına atdığı ballistik raketləri ələ keçirib

13 Oktyabr 2026 02:36see201

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see200

Mask ABŞ də seçkilər ərəfəsində respublikaçıların ən böyük donoru olub

13 Oktyabr 2026 02:58see200

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see199

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see184

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see179

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri