FTB rəhbərinin Yeni Zelandiya kəşfiyyatına hədiyyəsi olan silah məhv edildi SƏBƏB
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ-nin Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Keş Patel iyul ayında Yeni Zelandiyaya səfəri zamanı yerli kəşfiyyat və polis rəhbərliyinə 3D-printerdə çap edilmiş silah hədiyyə edib. Zabitlər isə onu məhv etməyə məcbur olublar.
Oxu.Az xəbər verir ki, bu barədə "The Washington Post" (WP) məlumat yayıb.
Söhbət Yeni Zelandiya qanunlarına görə qadağan edilən 3D-printerdə çap edilmiş tapançalardan gedir. Qeyd olunur ki, ən azı, üç yüksəkrütbəli yerli təhlükəsizlik məmuruna belə hədiyyələr verilib. Nəticədə silah sonda utilizasiyaya verilib.

