Fuad Xəlilov “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilib
Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Fuad Xəlilov əmək fəaliyyətinə ölkənin aparıcı banklarında başlamış, 17 il ərzində maliyyə sektorunda müxtəlif rəhbər vəzifələrdə çalışaraq zəngin peşəkar təcrübə qazanmışdır. Bank sektorundakı fəaliyyətindən sonra sığorta sahəsində çalışaraq sığorta şirkətində Müşahidə Şurasının sədri vəzifəsində fəaliyyət göstərmişdir. Daha sonra NEQSOL Holding-in tərkibinə daxil olan, telekommunikasiya sahəsində ixtisaslaşmış bir sıra şirkətlərdə rəhbər vəzifələrdə çalışmışdır. Dövlət Məşğulluq Agentliyində İdarə Heyətinin müşaviri vəzifəsində fəaliyyət göstərərək, bununla da dövlət idarəçiliyi sahəsində də təcrübə qazanmışdır.
2025-ci ilin aprel ayından etibarən Fuad Xəlilov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində aparat rəhbəri vəzifəsində fəaliyyət göstərir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 avqust 2025-ci il tarixli sərəncamı ilə Fuad Xəlilov “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilmişdir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:103
Bu xəbər 05 Avqust 2025 11:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















