Icma.az
close
up
RU
Fuat Oktay: Azərbaycanın işğaldan azad edilimiş ərazilərində möhtəşəm irəliləyişlər var

Fuat Oktay: Azərbaycanın işğaldan azad edilimiş ərazilərində möhtəşəm irəliləyişlər var

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

"Ermənistanın ozamankı hakimiyyəti 1992-ci ildə Xocalıda törətdikləri qətliamı dünyaya tam tərsinə çatdırmağa cəhd edirdilər".

Bunu "Report"un azad olunmuş bölgələrə ezam olunan əməkdaşına açıqlamasında Türkiyə Böyük Millət Məclisinin (TBMM) Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay bildirib.

"Çox təəssüf ki, bəzi Qərb ölkələrinin parlamentləri də Ermənistana və erməni lobbisinə dəstək göstərirdilər. Bu gün də Fransa başda olmaqla, bu dəstək davam edir. Türkiyənin müttəfiq dediyi ölkələr də buna qoşulublar. Qərbin ikili standartları indi də davam edir. Təsəvvür edin ki, 20 faiz torpağı işğal edilən Azərbaycan olduğu halda, onlar ermənilərin torpaqlarının işğal olunduğu barədə düzgün olmayan fikir formalaşdırmağa cəhd edirdilər. Öz əməllərini diqqətdən yayındıraraq, 1915-ci ildə guya Türkiyənin ermənilərə qarşı soyqırımı törətməsi iddiasını ortaya atmışdılar. Amma onlar tarixi həqiqətlərin üzə çıxmasının qaçılmaz olduğunu dərk etmirdilər. Hazırda həm Azərbaycan, həm də Türkiyə əsaslı sübutlar və sənədlərlə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında böyük işlər görür", - TBMM-in komitə sədri deyib.

"Parlamentarizm: ənənələr və perspektivlər" mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçılarının Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfərindən danışarkən, F.Oktay bu ərazilərdə aparılan abadlıq və quruculuq işlərini xüsusi qeyd edib:

"Bizim üçün bu səfərdə ən gözəl olan Xankəndinin də, Şuşanın da, Xocalının da, bütün torpaqların azad edilərək Azərbaycanın nəzarətində olmasıdır. Bu ziyarətimizdə Şuşa başda olmaqla, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində möhtəşəm irəliləyişləri gördük. Füzulidən bura gələnə qədər torpaqların becərildiyinin, Füzulinin və Şuşanın yenidən qurulduğunun şahidi olduq".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:122
embedMənbə:https://oxu.az
archiveBu xəbər 08 Dekabr 2024 21:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan İrana səsləndi, Poqosyan narahat oldu Fikirləşin, niyə?

02 İyun 2025 04:14see177

Naxçıvanda aksiya çərçivəsində 300 dən çox uşaq tibbi müayinədən keçib

02 İyun 2025 00:25see142

Bu şəxs Polşanın yeni prezidenti oldu

02 İyun 2025 07:11see137

Saç yuyarkən suyun temperaturuna diqqət edin mütəxəssisdən vacib tövsiyələr

02 İyun 2025 05:06see137

Şabrandakı yol qəzasında bir nəfər həyatını itirib

02 İyun 2025 09:33see135

Gördük o “ekspertlərinizi”, 5 günə 1 sualı düz yaza bilməyiblər DİM ə ETİRAZ

02 İyun 2025 04:16see134

Cəzaçəkmə müəssisəsinin damı uçdu, məhkum xəsarət aldı

01 İyun 2025 22:14see134

Bəzi vitaminlərin çox qəbulu orqanizmə belə ziyan VURUR

02 İyun 2025 05:01see133

İmamoğlunun trolları hərəkətə keçdi

02 İyun 2025 15:13see131

Britaniya ordusunun sayını artırır İlk dəfə

03 İyun 2025 01:17see129

Efirdə Təyyar Bayramovun mikrofonu söndürüldü Video

02 İyun 2025 15:31see128

Rusiya və Ukrayna yeni mübadilələr haqqında razılığa gəldi

02 İyun 2025 18:38see128

“Çox sevdiyim bir “uşağ”ım var” Xanımından iş adamına

01 İyun 2025 23:26see126

Havalar isinir, amma qrip təhlükəsi artır nə etməli?

02 İyun 2025 01:01see125

Yarış üçün hazırlanmış Super Mustanq nümayiş olundu

02 İyun 2025 05:31see125

“Hörümçək toru” əməliyyatı ABŞ ı şoka salıb..?

03 İyun 2025 00:26see121

Alça yedikdən sonra bunlara diqqət edin!

02 İyun 2025 02:03see121

Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

03 İyun 2025 10:16see118

Təmkin: “Bizə olan inamı doğrultduq”

03 İyun 2025 09:15see116

Ukrayna zərbə endirdi, bütün vilayət işıqsız qaldı

03 İyun 2025 01:34see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri