Icma.az
close
up
RU
Menu

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

“Həkim məsləhəti” rubrikamızda

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

Avropa İttifaqı Rusiya ilə bağlı qərar verdi

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

Belə tənqidi qəbul etmirəm Dambrauskasdan AÇIQLAMA

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

Netanyahu ABŞ yə səfər edəcək

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

Fundamental münasibətlərə xələl gətirən hansı tərəfdir?

Fundamental münasibətlərə xələl gətirən hansı tərəfdir?

Yeniazerbaycan portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Rusiya - Azərbaycan əlaqələrində hər şey yoluna düşəcəkmi?

Son vaxtlarda Rusiya -Azərbaycan münasibətlərində yaranan gərginlik davam etməkdədir. İki ölkə arasındakı münasibətlərdə çatlar qarşı tərəfin adekvat olmayan davranışları səbəbindən yaranıb. Qonşu ölkədə respublikamıza qarşı çirkin kampaiya aparılır və baş verənlər ölkəmizdə böyük narahatlıqla izlənilir. Bu günlərdə Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Azərbaycan ilə münasibətərindən bəhs edib.  Rusiya lideri jurnalistlərlə söhbətində Pekində yapon işğalına qarşı Çin xalq müqaviməti və İkinci Dünya müharibəsində qazanılmış Qələbənin 80-ci ildönümü ilə bağlı keçirilən təntənəli tədbirlərdə Azərbaycan Prezidenti və onun xanımını salamladığını bildirib. Moskva ilə Bakı arasında münasibətlərin vəziyyəti ilə bağlı sualı cavablandıran V.Putin qeyd edib ki, ölkələr arasında münasibətlərdə “hazırkı vəziyyətə və ya hansısa siyasi vəziyyətə görə həmişə bəzi suallar yaranır və problemlər var”.

“Lakin mən hesab edirəm ki, Azərbaycan ilə Rusiya arasında fundamental münasibətlər və onların inkişafına qarşılıqlı maraq yenə də sonda hər şeyi öz yerinə qoyacaq”, - deyə Rusiya lideri  vurğulayıb.

Fundamental münasibətlər hansı amillərə əsaslanır?

Rusiya Prezidenti Azərbaycan ilə ölkəsi arasında fundamental münasibətlərdən və bu münasibətlərin inkişafına qarşılıqlı maraq olmasından bəhs edir. Bəli, Rusiyada Azərbaycana qarşı çirkin kampaniya başlayanadək iki ölkənin münasibətləri həqiqətən fundamental səciyyə daşıyıb. Buna aid bəzi mühüm məqamları xatırlatmaq yerinə düşər.

Əvvəla, Azərbaycan və Rusiya qonşu dövlətlərdirlər və coğrafi bağlılıq onların tale qismətidir. Eyni coğrafiyanı bölüşmələri onların regional maraqlarını uzlaşdırmaq zərurətini ortaya çıxarır. Hər iki dövlət Xəzər hövzəsi regionunun sabitliyi, təhlükəsizliyi və burada əməkdaşlıq, qarşılıqlı etimad mühitinin bərqərar olması naminə birgə səylər göstərməlidir. Mütləq qaydada regional maraqlar, qonşuluq münasibətləri, ölkələrin müstəqilliyi və suverenliyi nəzərə alınmalıdır.

Başqa bir mühüm amil kimi son aylaradək Azərbaycanla Rusiya arasında yüksək səviyyəli siyasi dialoqun olmasını qeyd edə bilərik. İki ölkə arasında 2022-ci il 22 fevral tarixində  “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb. Sənəddə münasibətlərin xalqlarımızın mənafeyi naminə keyfiyyətcə yeni, müttəfiqlik səviyyəsinə qaldırılması niyyəti ifadə olunub. Özlüyündə Moskvada imzalanan bu bəyannamə hər iki tərəf üçün böyük məsuliyyət yaradır.

İki ölkə arasında iqtisadi əlaqələrdə də yüksək dinamika mövcuddur. 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın ticarət dövriyyəsində Rusiya üçüncü yerə yüksəlib. Halbuki 2024-cü ilin eyni dövründə Rusiya ölkəmizin ticarət tərəfdaşları sırasında dördüncü yerdə idi. Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı hesabata əsasən, 2025-ci ilin ilk yeddi ayı ərzində Rusiya ilə ticarət dövriyyəsi nominal olaraq 3,07 milyard ABŞ dolları (2024-cü ilin yanvar-iyul aylarında 2,57 milyard dollar) təşkil edib. Onu da vurğulayaq ki, bu yaxınlarda Həştərxanda Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 23-cü iclası keçirilib. İclasda Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının müxtəlif istiqamətlərdə mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, investisiyalar, sənaye, nəqliyyat-tranzit və digər sahələrdə həyata keçirilən birgə layihələrlə bağlı müzakirələr aparılıb.

Həmçinin regionlar arasında əlaqələrin ilbəil genişlənməsi, mədəni-humanitar sahədə mövcud olan möhkəm bağlar iki qonşu dövlətin münasibətlərinin dərinləşməsi üçün möhkəm zəmin yaradır. Eləcə də onilliklər ərzində eyni ittifaq dövlətinin tərkibində yaşamış cəmiyyətlərimiz bir-birini yaxşı tanıyır . Hər iki ölkədə xalqlar sıx əlaqələrə malikdirlər və bir-birinə qarşılıqlı rəğbət bəsləyirlər.

Əlbəttə, Azərbaycanla Rusiya arasında fundamental münasibətləri şərtləndirən digər amilləri də sadalamaq mümkündür. Siyahı həqiqətən böyükdür.

Münasibətərdəki çatlar niyə yarandı?

Yuxarıda sadalanan faktlar fonunda sual yaranır: Bəs münasibələərdəki çatlar niyə, hansı tərəfin günahı ucbatından yarandı? Baş verənlər, izlənilən proseslər uzaq tarixə aid deyil, günümüzün kədərli reallıqlarıdır və necə deyərlər, hər kəs buna şahidlik edib. Azərbaycanın Rusiyaya münasibətdə səmimiliyi ortadadır. İndiyədək ölkəmiz Rusiya ilə münasibətlərə zərrə qədər də kölgə sala biləcək hər hansı bir fəaliyyətə yol verməyib, əksinə, həmişə çalışıb ki, mehriban qonşuluq prinsipinə sadiq qalsın. Azərbaycanın səmimiliyi və dürüstlüyü Rusiya-Ukrayna müharibəsi fonunda daha qabarıq şəkildə nəzərə çarpır. Məlumdur ki, uzanan müharibə Rusiyanın beynəlxalq imicinə böyük zərbə vurub. Son üç ildə Kreml daim beynəlxalq təzyiq altında olub. Bu ölkəyə Avropa İttifaqı (Aİ) və Amerika Birləşmiş Ştatları (ABŞ) tərəfindən bir-birinin ardınca sanksiyalar tətbiq olunur. Məhdudlaşdırıcı tədbirlərin şərtləri kifayət qədər ağırdır. Rusiyanın ixrac imkanları, kommunikasiya əlaqələri əhəmiyyətli dərəcədə bloklanıb. Belə bir şəraitdə ayrı-ayrı uzaq və yaxın dövlətlər sözün əsl mənasında fürsətcillik edirlər, müharibənin hansı nəticələrlə  bitməsini gözləyərək Rusiya ilə münasibətlərdə ehtiyatlı davranırlar. Azərbaycana gəldikdə isə ölkəmiz Rusiya ətrafında beynəlxalq təcridin dərinləşməsinə rəğmən, əvvəlki münasibətlərini qorumağa çalışıb və heç bir fürsətcilliyə əl atmayıb.

Lakin eyni fikirləri Rusiya barəsində ifadə etmək mümkün deyil. Son səkkiz ayda Rusiya yuxarıda xatırlatdığımız bəyannamənin ruhu ilə daban-dabana ziddiyyət təşkil edən davranışlar sərgiləyir. Onladan yalnız bir neçəsinə nəzər samaq kifayətdir ki, mənzərə barədə konkret təsəvvür yaransın. Ötən il dekabrın 25-də Rusiya səmasında baş verən dəhşətli hadisədən - “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin yerdən atılan raketlə vurulmasından başlayaq. Rusiyanın müvafiq qurumları əvvəlcə yaxınlıqdakı aeroportlardan birinə enişinə icazə verilməyən və bu səbəbdən də uzaq məsafə qət edərək Aktau yaxınlığında məcburi qəza enişi edən təyyarənin zədələnməsi ilə əlaqədar müxtəlif versiyalar irəli sürdülər. Lakin həmin versiyalar “feyk” idi və yalnız iz azdırmaq məqsədi daşıyırdı. Sonradan təyyarənin qara qutusu oxundu, əsl həqiqət  aşkarlandı. Məlum oldu ki, təyyarə Rusiya qüvvələri tərərfindən vurulub. Ortada Varşava və Monreal konvensiyaları var. Həmin konvensiyalara görə Rusiya tərəfi təzminatlar ödəməlidir. Varşava və Monreal konvensiyaları sərnişinin ölümü və ya xəsarət alması hallarında maliyyə məsuliyyətini müəyyən edir. Monreal Konvensiyasını 140 dövlət, o cümlədən Azərbaycan və Rusiya ratifikasiya edib. Monreal Konvensiyası inflyasiyadan asılı olaraq zərərin məbləğini indeksləşdirməyə imkan verir. Sənədə əsasən, hazırda ölüm halında təxminən 190 min dollar, yaralanma və xəsarət olarsa, 167 min dollar məbləğində kompensasiya ödənilir. Təzminat ödənilərkən daxili və beynəlxalq uçuşlar arasında fərq nəzərə alınır. Məsələn, Rusiyada daxili uçuşlar zamanı bir sərnişinin ölümü halında təxminən 2 milyon rubl məbləğində kompensasiya müəyyən edilib.

Eyni zamanda, “Azərbaycan Hava Yolları”na məxsus “Embraer E190” təyyarəsinin qiyməti vəziyyətindən, uçuş saatlarının sayından, texniki xüsusiyyətlərindən asılı olaraq 15 milyon dollardan 45 milyon dollara qədər ola bilər. İndiyədək Rusiya təyyarədə ölənlərin ailələrinə, yaralılara təzminatlar ayırmayıb, həmçinin təyyarənin dəyərini ödəməyə, günahkarları cəzalandırmağa tələsmir. Görəsən, Rusiya nə üçün faciəvi səhvə görə məsuliyyətini etiraf etmək istəmir?

Burada təyyarə qəzası ilə bağlı Azərbaycanın fərqli yanaşmasına diqqət çəkmək istərdik. İkinci Qarabağ müharibəsinin sonuncu günündə - 2020-ci il noyabr ayının 9-da Azərbaycanın hava hücumundan müdafiə qüvvələri suveren sərhədlərimizə yaxınlaşan rus helikopterini təsadüfən vurub. Həmin gün Rusiyaya məxsus helikopter döyüş zonasında uçuş həyata keçirməməli idi. Buna baxmayaraq, Azərbaycan məsuliyyətli davranış ortaya qoydu. “Həmin gün mən dərhal Rusiya Prezidentinə zəng etdim və üzrxahlığımı bildirdim. Biz həlak olan pilotların ailələrinə və Müdafiə Nazirliyinə dərhal təzminat ödədik. Biz istintaq başlatdıq və bu faciəli səhvə yol verənlər məsuliyyətə cəlb olundular. Lakin Rusiya tərəfindən belə addımların atıldığını görmədik. Beləliklə, noyabrın 9-da baş verən bu faciəli hadisə və davranışımız bizi Azərbaycana qarşı eyni münasibətin sərgilənməsinə hazır etdi, çünki iki ölkə bir-birini dost adlandırır. Lakin bu, çox təəccüblü idi. Bu vaxtadək onlar nəyin baş verdiyini demirlər. Beləliklə, bu, əlbəttə ki, bizim ikitərəfli münasibətlərimizdə ciddi məsələdir, lakin biz əlaqələri gərginləşdirmək istəmirdik”, - deyə Prezident İlham Əliyev bu günlərdə Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində bildirib.

Rusiya tərəfindən münasibətlərdə gərginlik yaradılması bundan sonra daha intensiv hal alıb. Son vaxtlarda Rusiyanın ayrı-ayrı yaşayış məntəqələrində, o cümədən də  Yekaterinburq, Voronej və digər şəhərlərində azərbaycanlılara qarşı qərəzli, insan hüquqlarına zidd repressiyalara start verilib. Azərbaycanlı iş adamlarının ofisləri, ticarət obyektləri heç bir izahat verilmədən bağlanır, onlar hüquq-mühafizə orqanlarının əməkdaşları təfindən təhqirlərə məruz qalırlar, həbsə alınırlar, hətta bir neçə soydaşımız həyatını itirib. Paralel şəkildə, Rusiyanın Kremlə yaxınlığı ilə tanınan mətbuat orqanlarında respublikamıza qarşı çirki kampaniyaya başlanıb, “qara piar” aparılır, ard-arda yalanlar tirajlanır. Qaralama kampaniyası hətta bir sıra ictimai dairələri də əhatə edib. Təəssüf doğuran haldır ki, ayrı-ayrı deputatlar və digər tanınmış simalar da bədnam xora qoşulublar. Bu xorda açkıq-aşkar şovinizm mövqeyindən çıxış edən Zatulin, Kabanov, Solovyov, Duqin kimilərinin səsi daha ucadan eşidilir. Dumanın deputatı Konstantin Zatulin Azərbaycana münasibətdə məntiqi başa düşülməyən “qisasa” çağırış edib. Rusiya Milli Antikorrupsiya Komitəsinin sədri Kiril Kabanov təxribatçı açıqlamalar verərək Azərbaycanın Ukraynaya humanitar yardım əvəzinə, silah göndərdiyini iddia edir və Rusiyanın düşmənləri ilə dostluq etdiyini söyləyir. Kremlin çirkin təbliğatını aparan Vladimir Solovyov isə tezliklə Xəzər dənizində NATO qüvvələrinin peyda ola biləcəyi demaqogiyasını yayaraq Bakıya sərt mesajlar göndərir. Bu da azmış kimi, rəsmi Bakını “ləzgi kartı” ilə də hədələməyə çalışır. Dumanın deputatı  Andrey Qurulyev isə ölkəmizdən Rusiyaya ixrac olunan mallara embarqo qoyulmasını təklif edir və bu vəziyyətdən Azərbaycanın daha çox itirəcəyini vurğulayır...

Rusiya Azərbaycana münasibətdə adekvat olmayan davranışlarını həmçinin Ukraynada sərgiləyir. Belə ki, Ukraynada SOCAR-ın enerji obyektlərinə Rusiya tərəfindən zərbələr endirilib. Azərbaycanın Kiyevdəki səfirliyinin yaxınlığına raket atılması da təsadüfi sayıla bilməz.

Bakıda saxlanılan Rusiya vətəndaşları konkret cinayətlərdə ittiham olunurlar

Son olaraq Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın açıqlamalarına diqqət çəkmək istərdik.  Məlumdur ki, qonşu ölkənin XİN rəsmisi Rusiya vətəndaşlarının Bakıda saxlanılması ilə bağı bir neçə dəfə açıqlama verib. Bu günlərdə o yenidən bu mövzuya qayıdaraq bildirib ki, Bakının Rusiya vətəndaşlarını azad etməsi tərəflər arasında münasibətlərin normallaşması yolunda əhəmiyyətli addım olacaq.

Görəsən, Zaxarova Azərbaycanla şərt dili ilə danışmaq cəsarətini haradan alıb? Bakıda saxlanılan Rusiya vətəndaşları konkret cinayətlərdə ittiham olunurlar. Onların Zaxarovanın ultimatum xarakterli çağırışı ilə azad edilməsi heç bir hüquq normasına uyğun deyil. Digər tərəfdən, Rusiya vətəndaşlarının təəssübünü çəkən Zaxarova eyni canıyananlığı nə üçün Rusiyada saxlanılan azərbaycanlı məhbuslara münasibətdə sərgiləmir? Belə ayrı-seçkilik Rusiya XİN-in əməkdaşının imici və məsuliyyəti ilə bir araya sığırmı? Rusiya tərəfinin ökəmizə qarşı başladığı çirkin kampaniyanın sonu yoxdur. Münasibətlərin normallaşmasına gəldikdə, Azərbaycan bunu daha çox istəyir. Ancaq biz suveren dövlət olaraq heç bir halda barışa bilmərik ki, normallaşma prosesi üçün Rusiya tərəfindən qeyri-adekvat şərtlər irəli sürülsün...

Mübariz ABDULLAYEV

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 05 Sentyabr 2025 11:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton Cənubi Qafqazda yeni iqtisadi və geosiyasi arxitektura qurmağa çalışır

15 Sentyabr 2026 11:23see397

Uşaq yaxşı böyümür, yorğundur, bədəni ağrıyırsa... Uzman həkim səbəbləri açdı VİDEO

14 Sentyabr 2026 21:41see239

Özbəkistanda yerləşən Mədəniyyət Mərkəzindən azərbaycanlı maarifçi ilə bağlı Videoçarx

15 Sentyabr 2026 12:22see214

Prokurorluq toyda İlkinin qətli ilə bağlı verilən Cəzaya etiraz etdi

15 Sentyabr 2026 13:01see205

“18 əsərin sehri” Azərbaycan musiqisindən seçilmiş nümunələr səsləndiriləcək

15 Sentyabr 2026 03:39see203

“Həkim məsləhəti” rubrikamızda

15 Sentyabr 2026 16:05see203

““Azərbaycana olan sevgim doğuşdan gəlir” Bəxtiyar Aslanla Azərbaycan sevgisi və ədəbiyyat haqqında

15 Sentyabr 2026 18:49see197

İsrail Rəfaha zərbə endirdi: Əbu Ubeyd öldürüldü

16 Sentyabr 2026 01:44see190

A Seriyası klubu 4 oyuna 1 xal toplayan baş məşqçi ilə yollarını ayırır

16 Sentyabr 2026 00:15see189

Beniz in işi ilə bağlı kuryoz məqam: Zərərçəkən də tiktokerin bəraətini istədi FOTO

15 Sentyabr 2026 21:59see189

Avropa İttifaqı Rusiya ilə bağlı qərar verdi

14 Sentyabr 2026 22:36see184

“Real Madrid” səfərdə “Elçe”ni məğlub edib

16 Sentyabr 2026 02:07see181

Belə tənqidi qəbul etmirəm Dambrauskasdan AÇIQLAMA

15 Sentyabr 2026 01:04see179

Hikmət Hacıyev: Azərbaycan və BƏƏ beynəlxalq münasibətlərdə konstruktiv rol oynayır

16 Sentyabr 2026 00:55see176

AK 15 yaşınadək uşaqların sosial şəbəkələrə girişini qadağan etmək niyyətindədir

15 Sentyabr 2026 02:36see174

Teymurləngin Səmərqəndə apardığı azərbaycanlıların aqibəti necə olub? Teymurilərin paytaxtından FOTOREPORTAJ

15 Sentyabr 2026 19:29see173

Süni şirinləşdiricinin parçalanma məhsulu DNT yə zərər verə bilər

15 Sentyabr 2026 03:43see173

Netanyahu ABŞ yə səfər edəcək

14 Sentyabr 2026 22:19see171

Daşkənd şəhərində “TASANNO” Beynəlxalq Milli Mətbəx və Mədəniyyət Festivalı keçirilib

15 Sentyabr 2026 21:01see162

ABŞ NATO dan çıxarsa, ən güclü ölkələr hansılar olacaq?

15 Sentyabr 2026 18:10see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri