Ölkədə İLK DƏFƏ: Özəl klinikalarda onkoloji xidmətlərə start verilir Qiymətlər necə olacaq?
Icma.az, Turkstan.az saytına istinadən bildirir.
Azərbaycanda vətəndaşlar tezliklə özəl tibb müəssisələrində də onkoloji yardım ala biləcəklər. Bununla bağlı “Əhalinin sağlamlığının qorunması” və “Onkoloji yardım” qanunlarında dəyişiklik layihəsi hazırlanıb.
Layihəyə əsasən, yalnız onkoloji yardım üzrə lisenziyaya malik ixtisaslaşdırılmış özəl müəssisələr xidmət göstərə biləcək. Bu addım vətəndaşların istədikləri tibb müəssisəsini seçmək hüququnu genişləndirəcək və ölkədə müasir avadanlıqlarla təchiz edilmiş özəl onkoloji xidmətlərin fəaliyyətinə imkan yaradacaq.
Bəs dövlət xəstəxanaları ilə müqayisədə özəl klinikalarda qiymətlərdə çoxmu fərq olacaq?Nəzərə alsaq ki, onkoloji xəstəliklərin müalicəsi və dərmanları olduqca bahadır, əhalinin sosial durumu nəzərə alınacaqmı?
Onkoloq Fərid Müseyibov mövzu ilə bağlı Musavat.com-a fikrini bildirib:
“Son vaxtlar həm dünyada, həm də ölkəmizdə onkoloji xəstəliklər çox sürətlə artır, eyni zamanda gəncləşir. Burada bir çox faktor rol oynayır: düzgün qidalanmamaq, hərəkətsizlik, hormonal disbalans, stress və digər səbəblər. Alkoqol istifadəsi də bu riskləri artıran amillərdəndir.
Buna görə də ölkəmizdə onkoloji xəstəliklərin sayı günü-gündən artır və gəncləşir. Bu vəziyyət həm də bir sıra problemlər yaradır. Bildiyimiz kimi, ölkəmizdə onkoloji xəstəlikdən əziyyət çəkənlərin sayı çoxdur, bu da dövlət səhiyyəsində həm müalicə, həm xəstə qəbulunun təşkili, həm də uzun növbələr baxımından çətinliklər yaradır.
Bu baxımdan belə bir qanunun qəbul olunması çox məqbuldur və ümidvericidir. Son dövrlər ölkəmizdə özəl tibbi xidmətlərin də sayı artmaqdadır ki, bu təşəbbüs onkoloji xəstələr üçün çox sevindirici haldır. Çünki xəstəlik erkən mərhələdə aşkarlanarsa, həm xəstələr, həm həkimlər, həm də vaxt və maliyyə baxımından daha əlverişli olur. Burada həm yüksək keyfiyyət, həm də qısa müddətdə xidmət təmin edilir.
Əvvəllər dövlət müəssisələrində bu proses uzun çəkirdi, növbələr yaranırdı. Bu layihənin qəbul olunması isə çox ümidvericidir.
Digər qonşu ölkələrdə, məsələn, Türkiyə, İran və digər Avropa ölkələrində də özəl müəssisələr onkoloji xəstələrə yüksək səviyyədə xidmət göstərir və xəstələr səmərəli müalicə ala bilirlər. Bu təşəbbüsü alqışlayıram; qanun həm həkimlərimiz, həm də xəstələrimiz üçün çox ümidvericidir”.
Onkoloq qiymət məsələsinə də toxunub:
“Təbii ki, fərqli olacaq. Hər bir özəl xəstəxananın öz qiymət siyasəti var və bu, orada çalışan həkimlərin səviyyəsindən, xəstəxananın şəraitindən asılıdır. Buna görə də ilk növbədə qiymət fərqləri normaldır. Dərman məsələsi də burada rol oynayır. Məsələn, onkoloji xəstəliklərdə istifadə olunan dərmanların əksəriyyəti xarici ölkələrdən gətirilir və yüksək qiymətə alınır. Buna görə dərmanların qiymətindən irəli gələn fərqlər də olacaq.
Həmçinin həkim faktorunu da nəzərə almaq lazımdır. Xaricdə təhsil almış və yüksək ixtisaslı həkimlərlə ölkəmizdə təhsil almış həkimlər arasında fərq olur və bu, qiymətlərə təsir edir. Qiymət həmçinin xərçəngin mərhələsinə görə də dəyişir. Məsələn, birinci, ikinci, üçüncü və dördüncü dərəcələr var. Mərhələdən asılı olaraq istifadə olunan dərmanların sayı və növü fərqləndiyi üçün qiymətlər də fərqli olur”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 23 Yanvar 2026 18:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















