Araz Naxçıvan ın baş məşqçisi: Stadionun vəziyyəti yaxşı oynamağa imkan vermədi
Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Hava şəraiti və stadionun vəziyyəti "İmişli" ilə matçda "Araz-Naxçıvan"ın yaxşı oynamasına imkan verməyib.
Bu barədə Naxçıvan təmsilçisinin baş məşqçisi Andrey Demçenko mətbuat konfransında bildirib.
Ukraynalı mütəxəssis Misli Premyer Liqasının XVII turunda 2:2 hesabı ilə başa çatan görüş haqqında fikirlərini bölüşüb:
"Hava şəraiti və stadionun vəziyyəti yaxşı oynamağa imkan vermədi. Rəqib standart vəziyyətdən 2 qol vurdu. Çalışırdıq ki, oyuna nəzarəti özümüzdə saxlayaq, qollar vuraq. Futbolun yazılmayan qanunu var: vurmayana vurarlar. Hazırda əlimizdə olan futbolçuların gücündən maksimum istifadə etməyə çalışırıq. Heyəti quran zaman legioner və ya yerli seçimi yox, kim hazırdırsa, daha yaxşı vəziyyətdədirsə, ona oynamaq şansı yaradırıq".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 23 Yanvar 2026 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















