Icma.az
close
up
RU
Futbol fədailərinə AFFA qırmağı Ehtiram Quliyevi də küsdürün

Futbol fədailərinə AFFA qırmağı Ehtiram Quliyevi də küsdürün

Icma.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycan futbolunda ciddi sponsor problemi var. Nə qədər şablon görünsə də, bu fikir 2026-cı ildə də aktuallığını qoruyur.

Böyük iş adamları futbola yatırım etməkdən çəkinir, klublara yaxın durmur. Təbii ki, anlaşılandır. Heç kəs qazandığını havaya sovurmaq istəməz. Bəllidir ki, hələlik liqamızdan ciddi gəlir əldə etmək mümkünsüzdür.

Amma əsas səbəb bu deyil. Məsələ Azərbaycan futbolunun daxilində gedən iyrənc oyunlardır. Kənardan baxan azarkeş durumun nə yerdə olduğunu görürsə, biznesmenlər bunu çoxdan bilirlər. Belə yerdə riskə getmək isə hər kəsin bacaracağı iş deyil.

İllər öncə Ehtiram Quliyev adlı iş adamı bu bataqlığa girmək cəsarətini göstərdi. Həm də yola Bakıda yox, öz doğma şəhəri Tovuzun klubu ilə başladı. “Turan Tovuz”un prezidenti kimi gördüyü işlər də göz önündədir.

Klubun Bakıda bazası yaradıldı, təbii ot örtüyünə malik meydançası fəaliyyətə başladı. Tovuz şəhər stadionunu öz vəsaiti hesabına təmir etdirdi. Meydançanın örtüyünü sünidən təbiiyə dəyişdirdi. İlk etapda tələssələr də, nəhayət bu ay komanda tam hazır qazonda oyuna da çıxdı.

Bu futbol fədaisi verdiyi bir açıqlamaya görə AFFA tərəfindən cərimə olundu. Səbəb kimi də AFFA-nın, onun orqanlarının və ya üzv təşkilatlarının nüfuzunu və etibarlılığını qəsdən alçaldan, şübhə altına qoyan açıqlamalar verməsi göstərildi. Qısacası, AFFA-nın "qırmağına" keçən növbəti rəhbər şəxs Ehtiram Quliyev oldu.

Burada paradoks yaranır. Çünki etibarlılığın alçaldılması deyilən şey hakimlərin dəfələrlə yanlış qərarlar verməsidir. Həmin epizodlarda Əliyar Ağayevin səhv qərarlar verdiyini AFFA-nın Hakimlər Komitəsinin sədri Rəhim Həsənov da təsdiqləyib. Deməli Quliyev dediklərində haqlıdır. Bəs niyə cərimələnir? 

Yəqin ki, AFFA bu addımı ilə öz hakimlərini cərimələmək əvəzinə doğruları deyən klub rəsmisinə “sus!” mesajı ötürür. Qurum klublar üzərində ədalət tərəzisi olmaq əvəzinə diktator rolunu oynayır. Yaxşı edirsiniz. 

Bəs bu iş adamlarını futboldan küsdürərək nə qazanacaqsınız? Sabah Ehtiram Quliyev futboldan iyrənib getsə, yerinə gələ biləcək hansısa şəxs bilirsiniz?

Yox, məqsədiniz elə onları futboldan uzaqlaşdırmaq, Azərbaycan futbolunu şəxsi maraqlarınıza xidmət edən vasitəyə çevirməkdirsə, bu başqa məsələ - doğru yoldasınız. Amma tarix unutmur, biləsiniz...

UEFA-nın B kateqoriyalı məşqçi kursunun III mərhələsi start götürüb “Neftçi”nin həsrəti sona çatdı: 1294 gün sonra gələn seriya! Misli Premyer Liqasının XXVIII turu rəqəmlərin gözü ilə "Sabah" üçün yubiley qolu Mikelsdən 70-ci qol
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:162
embedMənbə:https://apasport.az
archiveBu xəbər 13 Aprel 2026 20:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see301

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see297

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see290

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see258

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see251

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see244

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see234

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see234

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see233

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see224

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see217

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see216

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see209

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see207

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see202

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see201

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see190

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see189

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see184

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri