Icma.az
close
up
RU
Ehtiram Quliyevi ağır cəza gözləyir

Ehtiram Quliyevi ağır cəza gözləyir

Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.

Azərbaycan kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində keçirilən “Turan Tovuz” - “Zirə” (0:2) matçından sonra qalmaqallı açıqlaması ilə gündəmə gələn Tovuz təmsilçisinin İdarə Heyətinin sədri Ehtiram Quliyevi ağır cəza gözləyir.

Bakıvaxtı.az-ın Teleqraf-a isitnadən məlumatına görə, bununla bağlı qərarın qarşıdakı günlərdə AFFA İntizam Komitəsi tərəfindən açıqlanacağı bildirilir.

Məlumata görə, klub rəhbərinin məlum açıqlamasında “azarkeşlərin səssiz qalmasını istəmirəm” cümləsini işlətməsi AFFA rəhbərliyi tərəfindən birmənalı qarşılanmayıb. Onun bu sitatı sabitliyi pozmağa cəhd kimi qiymətləndirilib.

Düzdür, Ehtiram Quliyevin qalmaqallı hakim qərarları ilə yadda qalan qarşılaşmadan dərhal sonra verdiyi açıqlama emosionallıqdan irəli gəlirdi. Tovuz futbolunun dirçəlməsi üçün ciddi yatırımlar edən iş adamını bu mənada başa düşmək də olardı. Lakin E.Quliyevin həddindən artıq emosionallığı nəticəsində verdiyi açıqlamadakı bəzi nüanslar qəbuledilməz hesab olunub.

Nəzərə alaq ki, AFFA artıq Ehtiram Quliyevin açıqlamasına səbəb olan hakim səhvlərini qəbul edib və bunu ötən gün AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənovun dili ilə açıqlayıb. Ötən gün də Teleqraf qarşılaşmada iki penalti epizodunda fiti susan Əliyar Ağayevin 5 oyunluq cəzalandırıldığına dair xəbəri də oxucularına çatdırıb.

AFFA-nın atacağı növbəti addımın isə klub rəhbərinin cəzalandırılmasına dair olacağı gözlənilir.

Qeyd edək ki, “Turan Tovuz” 2025-ci ilin aprelində “Şamaxı” ilə oyunun təşkili ilə bağlı bəyanat yaymış, VAR olmadığı halda oyunun şəffaf şəkildə keçiriləcəyinə şübhə etdiklərini bildirmişdi. Klubun bu bəyanatı İntizam Komitəsi tərəfindən AFFA və Peşəkar Futbol Liqasının nüfuzuna xələl gəlməsi kimi qiymətləndirilmiş, nəticədə Tovuz təmsilçisini 20 min manat cərimələmişdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Aprel 2026 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see770

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see513

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see302

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see290

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see278

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see272

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see255

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see245

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see230

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see229

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see228

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see223

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see222

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see221

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see214

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see205

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see193

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see180

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see179

Afrika futbolunda tarix yazıldı: Nigeriya ilk dəfə dünya çempionu oldu

08 Noyabr 2026 05:15see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri