Icma.az
close
up
RU
Futbol Klublarının İqlim Naminə Alyansının açılışı tədbiri keçirildi

Futbol Klublarının İqlim Naminə Alyansının açılışı tədbiri keçirildi

Icma.az, Teleqraf.com portalına istinadən məlumatı açıqlayır.

COP29 çərçivəsində Futbol Klublarının İqlim Naminə Alyansının açılışı tədbiri keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbirin aparıcısı "Sky Sports" telekanalının şərhçisi Devid Garrido olub.

Tədbirdə çıxış edən gənclər və idman naziri Fərid Qayıbov bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində idman Azərbaycanda idman inkişaf edir.

Azərbaycanda həyata keçirilən beynəlxalq idman yarışlarından danışan nazir “Qarabağ” klubunun Futbol Klublarının İqlim naminə Alyansının yaradılması təşəbbüsü ilə çıxış etdiyini bildirib.

COP29-un baş danışıqçısı Yalçın Rəfiyev iqlim dəyişikliyinin artıq real olduğunu və milyardlarla insanları təhdid qarşısında qoyduğunu söyləyib: “Futbol klubları tərəfindən Bakı Bəyannaməsinin imzalanması, öhdəliklərin götürülməsi mühüm hadisə olacaq. Daha sağlam gələcək uğrunda mübarizə aparaq”.

Avropa Klublar Assosiasiyasının rəhbəri Karl Marşal qeyd edib ki, bu toplantının əsas məqsədi futbol klublarının bir araya gələrək iqlim dəyişikliyi sayəsində səylərini birləşdirməkdir: “Biz bu gün Bakı Bəyannaməsini imzalayacağıq. Klublar arasında əməkdaşlıq edərək iqlim dəyişikliyi ilə mübarizədə səylərimizi əsirgəməyəcəyik. Biz Assosiasiyaya üzv olan 720 klubu karbon emissiyasını azaltmağa çağıracağıq. Cənubi Amerikadan “Flamenqo” klubundan olan tərəfdaşlarımız da bu tədbirdə iştirak edir. Bu gün imzalanacaq Bakı Bəyannaməsinin fəaliyyətimizdə katalizator olacağına inanırıq. Biz əl-ələ çalışmağa davam edəcəyik”.

“Qarabağ” klubunun prezidenti Tahir Gözəl bildirib ki, futbolun milyonlarla azarkeşi var: “Fəxr edirəm ki, Futbol Klublarının İqlim Naminə Alyansının təşəbbüskarıyıq”.

“Porto” klubunun dayanıqlılıq üzrə meneceri Tereza Santos 2007-ci ildən ekoloji sistemin tətbiqinə başladıqlarını nəzərə çatdırıb: “2022-ci ildə isə Porto İqlim Paktına imza atdıq, 2030-cu ilə qədər emissiyanın aradan qaldırılması hədəfi müəyyənləşdirmişik. Biz 2015-ci ildən karbon izini 20 faiz azalda bilmişik. Stadionda avadanlıqların sayını dəyişməkdə karbon izini azaltmağa nail ola bildik. Səmərəli işıqlandırma sistemimiz var. Lampaların tozlarını təmizləyirik, bu da meydana düşən işığı artırır. Su istehlakımızın 9 faizi qazonun sulanmasına yönəlir. Şəhərimizdə isə tullantı suları təkrar emaldan sonra qazonun sulanmasında istifadə olunur. Əgər 2 il əvvəl 100 dizellə işləyən avtomobilimiz vardısa, indi 10 dizellə işləyən avtomobilimiz var, qalanları elektrik mühərriklidir. Enerji isə stadion ərafındakı günəş panellərindən toplanır, həm stadionda istifadə edilir, həm də artıq elektrik enerjisini satırıq”.

“Liverpul” klubunun təsirlər üzrə direktoru Rişi Jain ağac əkdiklərini, yetişdirdikləri meyvələrlə futbolçuları təmin etdiklərini nəzərə çatdırıb: “Bizim “Qırmızı yol” təşəbbüsümüz var. 60 mindən çox arımız var. Arılardan əldə olunan baldan futbolçularımız faydalanır. Biz kirpilər də saxlayırıq. Stadionumuzun ot səthi dünyanın ən yaxşı səthlərindən sayılır. Həmin səth təkrar emal olunur, ondan mebel hazırlanır”.

İspaniyanın “Atletiko” klubunda Davamlılıq və Məsuliyyətli Biznesin rəhbəri Rocio Torres stadionda 6 su çəni olduğunu və yağış sularının bu çənlərdə saxlanıldığını bildirib: “Biz bununla su itkisinin qarşısını alırıq. Qazonun altında drenaj sistemi var, suvarma zamanı süzülən sular toplanır, təkrar suvarmada istifadə olunur. Biz yalnız nəmlilik 20 faizdən aşağı düşəndə stadionu yenidən suvarırıq. Keçən il daşqınlar zamanı stadionumuzun ətrafına daşqın suları toplanmışdı. Valensiyada, Malaqada yağışların nələrə yol açdığını gördük. Buna görə də dayanıqlılıq bizim üçün çox vacibdir”.

"Tottenham" futbol klubunun Dayanıqlılıq üzrə meneceri Markus Perri, "Uldineze" futbol klubunun İdarə Heyətinin üzvü Magda Pozzo, İspaniyanın "Real Betis" Fondunun Baş direktoru Rafael Muela Pastor emissiyaların azaldılması, dayanıqlılıq istiqamətində görülən işlərdən danışıblar. "Uldineze" futbol klubunun İdarə Heyətinin üzvü Magda Pozzo bir şirkətə dayanıqlı geyim üçün sifariş verdiklərini, 400 min plastik butulkadan futbolçular üçün geyimlər hazırlandığını açıqlayıb.
"Tottenham" futbol klubunun Dayanıqlılıq üzrə meneceri Markus Perri Bakı Bəyyannaməsinə digər klubların da imza atacağına, Futbol Klublarının İqlim Naminə Alyansının genişlənəcəyinə inandığını bildirib.

Avropa Klublar Assosiasiyasının Dayanıqlılıq Departamentinin direktoru Gaia Pretner dayanıqlılıq sahəsində mütəxəssislərin az olduğunu qeyd edib: “Biz klubları karbon izini azaltmağa çağırırıq”.

“İqlim Uğrunda İdman" Hərəkatının lideri Lindita Haferi Salihu futbol klubları arasında təcrübə mübadiləsini vacib sayıb: “Futbol klubları emissiyaların azaldılması sahəsində azarkeşlərini yönləndirə bilərlər. Heç bir klub, şəhər, dövlət bunu təkbaşına edə bilməz. Biz bu sahədə idmanın təsirindən istifadə edə bilərik”.

Türkiyəli mütəxəssis Fatih Terim “Qarabağ” klubuna dəvətə görə təşəkkür edib, Qurban Qurbanova xüsusi hörməti olduğunu vurğulayıb: “Futbol Klublarının İqlim naminə Alyansına daha çox klubun qatılacağına inanıram”.

Daha sonra Bakı Bəyannaməsinin imzalanma mərasimi keçirilib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 16 Noyabr 2024 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri