Futbol meydanının altında qədim monastır aşkarlandı
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Danimarkada arxeoloqlar Roskill şəhərindəki Byuparken parkındakı futbol meydanının altında qədim monastır aşkar ediblər.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, söhbət 13-cü əsrdə inşa edilmiş və 16-cı əsrdə dağıdılmış Müqəddəs Klara monastırından gedir.
Futbol meydanının altında dayanacaq inşa etmək üçün aparılan georadar analizlər orada tikili qalıqlarının olduğunu üzə çıxarıb. Araşdırmalardan sonra qalıqların 500 ildir "itkin düşmüş" Müqəddəs Klara monastırına aid olduğu müəyyənləşib.
Hələ 16-cı əsrdə dağıdılmış və daşlarının bir hissəsi başqa tikililərdə istifadə olunmuş monastırın özülünün, kolonların, kilsəsinin fraqmentləri torpağın 1 metr dərinliyindən başlayaraq qalmaqdadır. Monastırın ərazisinin 70x70 metr olduğu da bəllidir. Alimlər futbol meydanında qazıntılara başlamağı planlaşdırırlar.
Qeyd edək ki, 1256-cı ildə tikilmiş Müqəddəs Klara monastırı Roksilldə inşa olunmuş bu tip 5 monastırdan sayca dördüncüsüdür.
L.Tağıyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 08 Sentyabr 2026 15:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















