Icma.az
close
up
RU
Futbol tarixinin qəribə zədələri: Şam ağacı, video oyun, odekolon...

Futbol tarixinin qəribə zədələri: Şam ağacı, video oyun, odekolon...

Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Futbol dünyasında zədələr adətən sərt toqquşmalar, ağır məşqlər və ya intensiv oyun zamanı baş verir.

Lakin elə hallar var ki, idmançılar tamamilə gözlənilməz və qeyri-adi situasiyalarda sıradan çıxırlar.

İdman.Biz bir sıra futbolçuların aldığı qəribə zədələri təqdim edir:

Con Stounz - Yeni il ağacının “qurbanı”

“Mançester Siti”nin müdafiəçisi Con Stounz Milad ağacını bəzəyərkən zədə alıb. Klub zədənin detalları barədə məlumat verməyib, Pep Qvardiola isə futbolçunun müddətsiz olaraq sıradan çıxdığını açıqlayıb. Şam ağacı bəzəmək futbolçuya baha başa gəlib.

Koul Palmer - video oyun həvəsinin nəticəsi

“Çelsi”nin ulduzu “EA Sports FC 26” kompüter oyununu oynayarkən qısa fasilə zamanı hövsələsi daralıb və əsəbiləşən futbolçunun barmağı stolun kandarına dəyərək sınıb.

Marko Sportyello – lüstrdən aldığı zədə

“Milan”ın qapıçısı oteldə köynəyini çıxararkən qolunu yuxarı qaldırıb və əli tavanın lampasına toxunub. Nəticədə oyunçu əlindən və çiynindən xəsarət alıb. Sportyello üç ay meydanlardan uzaq qalıb.

Santiyaqo Kanisares – “odekolon faciəsi”

İspaniya millisinin keçmiş qapıçısının aldığı zədə siyahıda bəlkə də ən qəribə hesab oluna bilər.

Belə ki, Santiyaqo Kanisares duşdan sonra odekolon vurmaq istəyərkən şüşəni əlindən salıb. Bu an o şuşəni ayağı ilə tutmağa çalışarkən flakon partlayaraq futbolçunun vətərini kəsib. Bu zədə səbəbindən Kanisares Dünya Çempionatını qaçırıb.

Göründüyü kimi, futbolda zədələr təkcə meydanda baş vermir. Bəzən ən adi məişət anı belə futbolçunun uzun müddət oyunlardan kənarda qalmasına səbəb ola bilir.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:159
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 09 Dekabr 2025 17:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see384

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see376

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see372

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see368

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see366

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see346

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see346

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see330

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see327

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see326

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see311

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see309

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see302

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see293

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see278

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see272

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see263

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see223

Sabunçu rayonunda YAP ın yaradılmasının 34 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib

20 Noyabr 2026 21:11see223

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri