Futbol üzrə Azərbaycan Premyer Liqasında IV dövrə: Turan Tovuz lider Qarabağ ı qəbul edəcək
Baku.ws portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Futbol üzrə Azərbaycan Premyer Liqasında IV dövrəyə bu gün start veriləcək.
Teleqraf xəbər verir ki, XXVIII turun ilk oyun günündə bir qarşılaşma baş tutacaq.
Tovuzda yerli "Turan Tovuz" lider "Qarabağ"ı qəbul edəcək. Ağdam təmsilçiləri cari mövsümdə "Turan Tovuz"a qarşı uğursuz görüşlər keçirib. "Qarabağ" tovuzlularla keçirdiyi 3 matçda cəmi 1 xal qazanıb. Qurban Qurbanovun yetirmələri "Turan Tovuz"a hər iki ev görüşündə məğlub olub.
Rəqiblərini xeyli qabaqlayan "Qarabağ" 64 xalla vahid liderdir. Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Turan Tovuz" 43 xalla 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər oyunları martın 29-30-da keçiriləcək.
28 mart (cümə)
19:30 "Turan Tovuz" – "Qarabağ"
Hakimlər: Cavid Cəlilov, Müslüm Əliyev, Eyyub İbrahimov, Əli Əliyev
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elman Musayev
Tovuz şəhər stadionu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 28 Mart 2025 08:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















