Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Çörəklərin içində narkotik gizlətdilər

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

Futbola görə qınandı, polisi döyən dostunu dəstəklədi... Kremlin hədəfindəki azərbaycanlı kimdir?

Futbola görə qınandı, polisi döyən dostunu dəstəklədi... Kremlin hədəfindəki azərbaycanlı kimdir?

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, deputat Azər Badamov Rusiya ərazisinə buraxılmayıb. Belə ki, hadisə onun daxil olduğu nümayəndə heyətinin Həştərxan şəhərinə səfəri zamanı baş verib. Rusiya tərəfi hər hansı ilkin xəbərdarlıq və ya məlumat vermədən Badamovu Moskvada hava limanında saxlayıb və onun ölkəyə girişinə qadağa qoyulduğunu bildirib. O, bir müddət hava limanında gözlədildikdən sonra ölkəmizə geri qaytarılıb.

Rusiyanın persona non-qrata elan etdiyi deputat Azər Badamov kimdir?

Globalinfo.az xəbər verir ki, deputat 1968-ci il avqustun 18-də Qusar rayonunun Düztahir kəndində anadan olub.

O, Azərbaycan Texnologiya İnstitutunun qeyri-ərzaq mallarının əmtəəşünaslığı və ticarətin təşkili fakültəsini bitirib. 1986–1988-ci illərdə hərbi xidmət keçib, 1989-cu ildən Qusar Şəhər İctimai İaşə İdarəsində iqtisadçı, 1991-ci ildən Qusar Rayon Mərkəzi Xəstəxanasında müfəttiş-mühasib işləyib.

1992-ci ildən Azərbaycan Dövlət Sosial Müdafiə Fondunun Qusar rayon şöbəsinin birinci dərəcəli müfəttişi, 1994-cü ildən “Şahdağ” firmasının iqtisadçısı vəzifələrində çalışıb. 2003-2007-ci illərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2008–2010-cu illərdə “Aztelekom” İstehsalat Birliyinin Qusar Rayon Telekommunikasiya Qovşağının rəisi olub.

Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.

Dördüncü və beşinci çağırış Milli Məclisinin deputatı olub.

Milli Məclisin Aqrar siyasət komitəsinin, İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür. Azərbaycan-Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Avstraliya və Yeni Zelandiya, Belarus, Danimarka, İsveç, Qazaxıstan, Pakistan, Portuqaliya, Rusiya, Tacikistan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvüdür.

Azərbaycan Milli Məclisinin və Rusiya Federal Məclisinin ikitərəfli əməkdaşlığı üzrə parlamentlərarası komissiyanın üzvüdür.

Evlidir, 2 övladı var.

Deputat zaman-zaman mətbuatda bir sıra məsələlərlə gündəmə gəlib.

Məsələn, bir neçə il əvvəl araşdırmaçı Cavanşir Həsənli Badamovun Qusarda ticarət mərkəzi tikdirdiyini yazıb.

Yaxud onun illər əvvəl, Rusiyada keçirilən dünya çempionatında İspaniyanın “Real” (Madrid) klubuna azarkeşlik edəcəyini və bu klubun dünya çempionu olacağını deməsi ciddi ajiotaj yaratmışdı. Belə ki, o, həmin zaman Milli Məclisin Gənclər və İdman Komitəsinin üzvü olmasına baxmayaraq, dünya çempionatında klubların deyil, ölkə yığmalarının mübarizə apardıqlarını bilməyib. Mətbuata növbəti açıqlamalarında isə fikirlərinin səhv təqdim edildiyini, daha futboldan danışmayacağını demişdi.

Azər Badamov həm də polis əməkdaşını döydüyünə görə həbs edilən həmkarı Eldəniz Səlimovun toxunulmazlıq hüququnun ləğvinə səs verməyən deputatlardan biri idi. O, sabiq deputatla parlamentdə eyni masada əyləşib və iki siyasətçi arasında yaxın əlaqələr olub.

Ümumilikdə isə millət vəkilinin fəaliyyəti əsasən yerli icmaların problemlərinin həlli, kənd təsərrüfatı və sosial məsələlərin gündəmə gətirilməsi ilə əlaqələndirilir.

Əliyar Xəlil
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:224
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 May 2025 12:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see355

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see297

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see288

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see287

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see270

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see266

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see263

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see254

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see254

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see253

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see236

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see235

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see227

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see219

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see217

Buğdanın qiyməti dörd aylıq artımdan sonra azalıb

11 Noyabr 2026 17:20see214

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see212

Çörəklərin içində narkotik gizlətdilər

11 Noyabr 2026 18:45see209

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see203

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri