Kevin De Bruyne: Arda dünyanın ən yaxşı oyunçularından biridir
sport24.az saytına istinadən Icma.az xəbər verir.
Millətlər Liqasının 5-ci turu çərçivəsində Türkiyəyə qarşı keçirilən (2–1) oyundan sonra Belçika millisinin yarımmüdafiəçisi Kevin De Bruyne "Real"ın sağ cinah oyunçusu Arda Gülər haqqında fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, ulduz futbolçu bu barədə yerli mətbuata açıqlama verib:
"Gülər inanılmaz futbolçudur. Oyun ərzində onu diqqətlə izlədik. Komanda yoldaşları daha çox məsuliyyətli olmalıdırlar, çünki bütün yük Ardanın üzərinə düşürdü.
Oyun planımızı da bunu nəzərə alaraq qurduq. Gülər dünyanın ən yaxşı klublarından birində çıxış edir və dünyanın ən yaxşı oyunçularından biridir".
Qeyd edək ki, 21 yaşlı futbolçu bu mövsüm18 oyunda meydana çıxıb, 5 qol vurub və 6 məhsuldar ötürmə edib.
Baxış sayı:63
Bu xəbər 13 Noyabr 2026 13:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















