Futbolçu oyunu xilas etdi: O, stadiondakı problemi görün necə həll edib FOTO
İngiltərədə yarıpeşəkar və həvəskar klublar arasında keçirilən Trofi kubokunun 1/16 mərhələsinin "Sittinqburn" - "Solsber" oyununda maraqlı hadisə baş verib.
Publika.az xəbər verir ki, qarşılaşmanın qızğın vaxtında Kentdəki stadion qaranlığa qərq olub. Proyektorlardan biri xarab olub. Oyunun ləğv edilmə təhlükəsi yaranıb. Çünki qaydalara görə, matç düzgün işıqlandırma olmadan davam edə bilməz.
Ancaq "Sittinqbur"ın müdafiəçisi Lyam Smit buna imkan verməyib. Gündəlik həyatında elektrik olan 24 yaşlı həvəskar futbolçu vəziyyəti tez qiymətləndirib və işə başlayıb. O, alətlərdən istifadə edərək 15 dəqiqədən sonra proyektoru təmir edib və meydanın işıqlanmasını təmin edib.
"Mən problemin elektrik açarlarında olduğunu gördüm və tez bir zamanda düzəltdim", - deyə Smit bildirib.
Qısa fasilədən sonra meydana qayıdan futbolçular 3 qol vurublar. Yekunda "Sittinqburn" rəqibini 2:1 hesabı ilə məğlub edib. Bu qələbə klubu 140 illik tarixində ilk dəfə kubokun 1/8 final mərhələsinə yüksəldib.
Heybət