Icma.az
close
up
RU
Futbolda elə bir qayda yoxdur ki, hər il daha yaxşısını etməlisən Qurban Qurbanov

Futbolda elə bir qayda yoxdur ki, hər il daha yaxşısını etməlisən Qurban Qurbanov

Qol.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Yaxşı müdafiə olunan bir komandaya qarşı oynayırdıq. Əfsuslar olsun ki, məğlub olduq. İlin son oyunu idi.  Bura qələbə qazanmaq üçün gəlmişdik".

QOL.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının Liqa mərhələsinin 6-cı turunda səfərdə "Elfsborq"la (İsveç) keçirilən oyundan sonra mətbuat konfransında deyib.

O, əvvəlcə 0:1 hesablı məğlubiyyəti şərh edib, daha sonra isə jurnalistlərin suallarını cavablandırıb: "Futbolçularım sona kimi mübarizə apardılar. Sadəcə, futbol həm kiçik, həm də kobud səhvlərin üzərində qurulub. Ani bir diqqətsizlikdən qapımızda qol gördük. Amma hər bir halda futbolçularıma təşəkkür etmək istəyirəm. Oyundan sonra da bunu etdim. Bu il çox əziyyət çəkdilər. Xeyli uğursuzluqlarımız oldu. Amma buna baxmayaraq, irəliyə baxmalıyıq ki, daha da böyüyək. Ümumən bu il Avropa Liqası bizim üçün böyük təcrübə oldu. Pozitiv düşünərək önə baxmalıyıq. Rəqibi təbrik edirəm. Çox istəkli idilər".

- Bu gün hücum futboluna üstünlük vermişdiz, yoxsa müdafiədən oynamağa? Oyun planınız nə dərəcədə özünü doğrultdu?

- Biz həmişə müdafiəni öndə qurmaq istəyirik. Bu gün də öz prinsiplərimizdən əl çəkmədik. Hücuma daha çox diqqət ayırırdıq. Qarşımızda 10 nəfərlə müdafiə olunan bir komanda var idi. Bizi bir neçə əks-hücumda tutdular. Bizə qalib gəlmək lazım idi. Ona görə də bütün diqqətimiz hücumda idi.

- Əvvəlki mövsümlərdən fərqli olaraq komandanız uğursuz çıxış edir. Bu nisbi uğursuzluğun səbəbi nədədir?

- Əlbəttə, xeyli məğlubiyyətimiz oldu və hər məğlubiyyət bir uğursuzluqdur. Amma çox da bu haqda düşünmək lazım deyil. Pozitiv düşünərək irəliyə baxmaq lazımdır. Əgər biz qruplarda iştirak etməsəydik, bunu böyük uğursuzluq adlandırmaq olardı. Bu da ola bilər. Bu gün böyük komandalarda da uğursuzluqlar  görürük. Bu, futbolun silinməyən qanunlarından biridir. Futbolda elə bir qayda yoxdur ki, hər il eyni səviyyədə olmalısan, daha yaxşısını etməlisən. Biz daha yaxşısını etmək üçün çalışırıq. Amma bəzən klubun, futbolçunun yorulmuş halları olur. Hər bir uğursuzluqdan sonra komanda daha da formalaşır, möhkəmlənir. Hər birinizi başa düşürəm. Bir şeyi bilin ki, biz uğur əldə etməyi ürəkdən istəyirik. Sadəcə bəzən alınmır. Ona görə də biz belə hallara hazır olmalıyıq, pozitiv düşünməliyik.

- Dediniz ki, yorğunluq var. Bu, o deməkdir ki, komandada dəyişiklik lazımdır. Klubun belə fikri var?

- Hər il komandaya yeni oyunçular cəlb etməyə çalışırıq. O demək deyil ki, əlimizdə olan futbolçuları göndərməyi düşünürük. Amma özünüz də gördünüz ki, müdafiə xəttində oyunçum qalmamışdı. Mərkəz müdafiəçiləri Kevin Medina və Bəhlul Mustafazadə zədəli idilər. 1 aylıq sıradan çıxıblar. Belə oyunlarda müdafiə xətti çox vacib olur. Neçə matçdır Mateus Silvanı müdafiənin mərkəzində oynadırıq. Düzünü desəm, onun oyunundan da çox da razıyam. Amma bir nəfər də zədələnsəydi, mərkəzdə oynatmağa futbolçum yox idi. Axtarışdayıq. Transfer pəncərəsində mütləq bir neçə yenilik etmək istəyirik. Gedişata baxacağıq. Əgər alınsa, mütləq komandaya bir neçə futbolçu götürəcəyik.

- İkinci hissənin ilk 10-15 dəqiqəsi ərzində rəqib üstünlüyü ələ keçirmişdi. Bunun səbəbi nə idi? Belə təzyiq komandanız üçün gözlənilməz idi?

- Bu tip komandalar 60-70 faiz hallarda hücumları uzun toplardan sonra qururlar. Belə komandalarda 3-4 epizod alındısa, o deməkdir ki, rəqibi öz zonanda qəbul edirsən. İkinci hissənin əvvəlində bəzi birə-bir mübarizələrdə müdafiəçilərimizin uduzması belə standart vəziyyətlərə gətirib çıxardı. Rəqib standart vəziyyətlərdə çox təhlükəli idi. Onların oyun üslübuna görə bəzi top itkilərimiz oldu. Rəqib bunun üzərində daim çalışan komandadır. Ona görə də yaxşı istifadə edə bilir. Oyunu demək olar ki, elə o dəqiqələrdə uduzduq. Amma sonra xeyli sayda hücumlarımız oldu. Amma rəqibin ucaboylu 3 mərkəz müdafiəçisi yaxşı oynadı. Birinin boyu 1.95, ikisində isə 1.90-dır. 1.Onların müdafiədəki oyununu qiymətləndirməliyik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://qol.az
archiveBu xəbər 13 Dekabr 2024 03:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see243

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see206

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see197

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see191

Qızılın bahalaşması 2026 cı ildə də davam edəcək PROQNOZ

22 Oktyabr 2025 17:09see176

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see167

Türkiyəli alim Botanika İnstitutunda elmi seminar keçirib

22 Oktyabr 2025 16:01see154

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see150

Türkiyə XİN: Knessetin İordan çayının Qərb sahili ilə bağlı qərarı beynəlxalq hüquqa ziddir

22 Oktyabr 2025 23:42see139

Özünü maşın vurub öldürdü, xəbəri alan atasının da ürəyi dayandı Foto

22 Oktyabr 2025 07:17see133

VK sədri Dünya Məktəbinin şagirdləri ilə görüşüb FOTOLAR

22 Oktyabr 2025 10:52see133

Tramp etmədi, Orbanın da fikri yoxdur Putinlə bağlı məsələyə reaksiya

22 Oktyabr 2025 12:18see132

170 saylı marşrutda tıxac kabusu: Daşıyıcı şirkət açıqlama verdi

22 Oktyabr 2025 23:38see127

Dünyanın ən sürətli BYD superkarı yeni rekorda imza atıb...

23 Oktyabr 2025 00:16see127

Azərbaycan Mərkəzi Bankı qızılın bahalaşmaqda davam edəcəyini gözləyir

22 Oktyabr 2025 14:42see127

Ştutqart la oyundan öncə Fənərbaxça da 4 itki

22 Oktyabr 2025 20:14see127

İcmal büdcənin gəlirləri 36 mlrd. manata yaxınlaşıb

22 Oktyabr 2025 14:41see125

TRAMP İSRAİLİ HƏDƏLƏDİ “Mən ərəb ölkələrinə söz vermişəm...”

23 Oktyabr 2025 17:40see123

İlk qadın gəmi kapitanı ekranda

23 Oktyabr 2025 10:17see123

Bürcündən məhrum uşaqlar...

22 Oktyabr 2025 14:41see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri