Icma.az
close
up
RU
Qurban Qurbanov: Futbolda elə qayda yoxdur ki, hər il eyni səviyyədə olmalısan

Qurban Qurbanov: Futbolda elə qayda yoxdur ki, hər il eyni səviyyədə olmalısan

Sportal.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"Qarabağ" UEFA Avropa Liqası Liqa fazasının 6-cı turunda İsveçdə "Elfsborq"a 0:1 hesabı ilə məğlub olub.

Sportal.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra təşkil olunan mətbuat konfransında açıqlama verib:

- Yaxşı müdafiə olunan komandaya qarşı oynayırdıq. Əfsuslar olsun ki, məğlub olduq. İlin son oyunu idi. Bura qələbə qazanmaq üçün gəlmişdik. Futbolçularım sona kimi mübarizə apardılar. Futbol həm kiçik, həm də kobud səhvlərin üzərində qurulub. Ani bir diqqətsizlikdən qapımızda qol gördük. Hər bir halda futbolçularıma təşəkkür etmək istəyirəm. Bu il çox əziyyət çəkdilər. Xeyli uğursuzluqlarımız oldu. Buna baxmayaraq, irəliyə baxmalıyıq. Bu il Avropa Liqası bizim üçün böyük təcrübə oldu. Rəqibi təbrik edirəm. Çox istəkli idilər.

- Bu gün hücum futboluna üstünlük vermişdiz, yoxsa müdafiədən oynamağa? Oyun planınız özünü nə dərəcədə doğrultdu?

- Biz həmişə müdafiəni öndə qurmaq istəyirik. Bu gün də öz prinsiplərimizdən əl çəkmədik. Hücuma daha çox diqqət ayırırdıq. Qarşımızda 10 nəfərlə müdafiə olunan bir komanda var idi. Bizi bir neçə əks-hücumda tutdular.

- "Qarabağ"ın uğursuz çıxışının səbəbi nədir?

- Hər məğlubiyyət bir uğursuzluqdur. Amma ümumən çox da bu haqda düşünmək lazım deyil. Pozitiv düşünərək irəliyə baxmaq lazımdır. Əgər Liqa mərhələsində iştirak etməsəydik, bunu böyük uğursuzluq adlandırmaq olardı. Bəzən böyük komandalarda da uğursuz dövr görürük. Bu, futbolun qanunlarından biridir. Futbolda elə qayda yoxdur ki, hər il eyni səviyyədə olmalısan. Biz daha yaxşısını etmək üçün daim çalışırıq. Klubun, futbolçunun yorulmuş halları olur. Hər uğursuzluqdan sonra komanda daha da formalaşır, möhkəmlənir. Hər kəsi başa düşürəm. Bir şeyi bilin ki, biz uğur əldə etməyi ürəkdən istəyirik. Sadəcə bəzən alınmır. Ona görə də belə hallara hazır olmalıyıq.

- Dediniz ki, yorğunluq var. Belə olan halda bir qan dəyişikliyi lazım olur. Klubun belə fikri var?

- Hər il komandaya yeni oyunçular cəlb etməyə çalışırıq. O demək deyil ki, əlimizdə olan futbolçuları göndərməyi düşünürük. Özünüz gördünüz ki, müdafiə xəttində oyunçu qalmamışdı. Mərkəz müdafiəçiləri Kevin Medina və Bəhlul Mustafazadə zədəli idilər. Belə oyunlarda müdafiə xətti çox vacib olur. Neçə matçdır Mateus Silvanı müdafiənin mərkəzində oynadırıq. Onun oyunundan çox da razıyam. Amma bir nəfər də zədələnsəydi, mərkəzdə oynatmağa futbolçum yox idi. Axtarışdayıq. Transfer pəncərəsində mütləq bir neçə yenilik etmək istəyirik. Gedişata baxacağıq. Alınsa, mütləq komandaya bir neçə futbolçu götürəcəyik.

- İkinci hissənin əvvəlində rəqib üstünlüyü ələ keçirdi. Bunun səbəbi nə idi? Belə təzyiqi gözləyirdiz?

- Bu tip komandalar əksər hallarda hücumları uzun toplardan sonra qururlar. Belə komandalarda 3-4 epizod alındısa, o deməkdir ki, rəqibi öz zonanda qəbul edirsən. İkinci hissənin əvvəlində bəzi birə-bir mübarizələrdə müdafiəçilərimizin uduzması belə standart vəziyyətlərə gətirib çıxardı. Rəqib standart vəziyyətlərdə çox təhlükəli idi. Onların oyun üslübuna görə bəzi top itkilərimiz oldu. Rəqib bunun üzərində daim çalışan komandadır. Ona görə də yaxşı istifadə edə bilir. Oyunu demək olar ki, elə o dəqiqələrdə uduzduq. Sonra xeyli sayda hücumlarımız oldu. Amma rəqibin ucaboylu 3 mərkəz müdafiəçisi yaxşı oynadı. Onların müdafiədəki oyununu qiymətləndirməliyik. 

Elçin Əlixan

saytlarin hazirlanmasi
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:139
embedMənbə:https://sportal.az
archiveBu xəbər 13 Dekabr 2024 02:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri