Icma.az
close
up
RU
Futbolda xəyanət etdi, 38 yaşında məktəbi bitirdi, nömrəsi Ronalduya verildi Luis Fiqu kimdir? VİDEO

Futbolda xəyanət etdi, 38 yaşında məktəbi bitirdi, nömrəsi Ronalduya verildi Luis Fiqu kimdir? VİDEO

Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Tam adı Luís Filip Madeyra Kaero Fiqu olan futbolçu 1972-ci ildə Portuqaliyanın Almada şəhrində doğulub.

Ölkə.Az xəbər verir ki, evdə yeganə övlad olan Fiqunun uşaqlığı fəhlələrin yaşadığı məhəllədə keçib.  Ailəsi 1970-ci illərin əvvəllərində Lissabona köçüb.
Luis Fiqu futbola 12 yaşında olarkən küçələrdə oynayaraq başlayıb, daha sonra “Sporting CP”nin gənclər akademiyasına daxil olub. O, peşəkar karyerasında da “Sportinq”də başlayıb.

Fiqu gənc futbolçu kimi futzalla da məşğul olurdu. Bu, ona peşəkar karyerasında kömək edib.
O, Portuqaliyanın yeniyetmələrdən ibarət komandaları ilə 16 yaşadək futbolçulardan ibarət Avropa çempionatının qalibi olub. 

Fiqu 1995-ci ildə 2,25 milyon funt-sterlinqə İspaniya nəhəngi "Barselona"ya keçib. O Barselona”ya 1996-97 UEFA Kubok Qalibləri Kubokunu qazanmağa kömək edib. Barselonadakı pərəstişkarları Luisi sevirdilər, çünki o, bölgəyə qürur gətirirdi.
Lakin “Barselona”lıların bu sevinci çox çəkmir. 2000-ci ildə Fiqu futbol tarixinin “ən böyük xəyanəti”ni edir.

Belə ki, “Real Madrid” klub rəhbəri postuna namizəd olan Florentino Perez seçilərsə, Fiqunu komandaya gətirəcəyinə söz verir. Heç kim buna inanmır.  Hətta Fiqu da mətbuat açıqlamasında “Barselona”da özünü xoşbəxt hiss etdiyini, heç bir yerə getməyəcəyini deyir. Amma Perez seçimi qazanır və bomba partlayır. O, rekord məbləğ - 60 milyon avro qarşılığında Fiqunu transfer edir.

Bu hərəkətdən qəzəblənən “Barselona” tərəfdarları futbolçunu “xain” adlandırmağa başlayırlar.
Fiqu ilk dəfə 21 oktyabr 2000-ci ildə “Real Madrid” forması ilə “Barselona”ya qayıdanda stadion olduqca səs-küylü idi.
Azarkeşlər əllərində “Xain” və “Yəhuda” kimi sözləri yazılmış pankartlar tutmuşdular. Ulduz futbolçu meydançada qaçanda o qədər səs-küy yüksəlmişdi ki, Fiqu şoka düşərək barmaqlarını ilə qulağını tıxamışdı.

Adətən Madrid üçün künc zərbələri vuran Fiqu azarkeşlərə yaxın olmamaq üçün həmin gün zərbə vurmaqdan çəkinmişdi.
Elə həmin il futbolçu “Qızıl top” mükafatını qazanır.

2002-ci ildə Fiqunun “Kamp Nou”da ikinci oyunu Barselona-Real Madrid rəqabətində məşhur azakeşlər yenə də qəzəbli idilər. Hətta meydana donuz başı və s. o qədər çox əşya atılmışdı ki, hakim oyuna 20 dəqiqəyə yaxın fasilə vermişdi.

“Netfliks” 2022-ci ildə onun Barselonadan Real Madridə məşhur transferi haqqında “Figo işi” adlı sənədli filmini təqdim edib.
Fiqu 2005-ci ildə “Real Madrid”dən ayrılaraq İtaliyanın "İnter" klubuna keçib. 2009-cu ildə Fiqu futboldan ayrılacağını açıqlayır. Bu, "İnter"in 2008-09 çempionluğunu qazandığı gün idi. 
2006-cı ildə Portuqaliya millisindəki sonuncu oyunundan sonra onun geyindiyi 7 nömrə varisi Kriştianu Ronalduya verilib.
Fiqu milli komanda karyerasını 127 oyun və 32 qolla yekunlaşdırıb. O, bütün karyerası boyu 161 qol vurub.
Fiqu Portuqaliyada bütün zamanların dördüncü ən çox qol vuran oyunçusu olub.

O, futboldan kənar bir çox fəaliyyətlə də məşğul olub. İdman şirkətinin reklamlarında çəkilib. Fiqunun hotel, moda, qida, mədənçilik və şərab sahələrində də biznesləri var. O, həm də futbol sənayesindəki insanlar üçün özəl “Network90” şəbəkə saytının yaradıcısıdır. 
Fiqunun vaxtilə İran Televiziyasında iştirakı da diqqət çəkən məqamlardandır. Futbolçuya bu dəvət üçün 100 min avro ödəniş edildiyi iddia olsunsa da, sponsorlar bunu təkzib edib.

Fiqu isveçli model Helen Svedinlə evlidir. Onların Daniela, Martina və Stella adlı üç qızı var.
2003-cü ildə Fiqu Portuqaliyada xüsusi qayğıya ehtiyacı olan və yoxsulluq içində yaşayan uşaqlara kömək üçün Luís Figo Fondunu yaradıb.
Bir zamanların ulduz futbolçusu 2015-ci ildə FİFA prezidenti olmaq istədiyini açıqlasa da, sonradan qərarından daşınır.

Onunla bağlı maraqlı faktlardan biri də təhsili ilə bağlıdır. Belə ki, portuqaliyalı futbolçu 11-ci sinfi “Sportinq”də oynayarkən bitirib. O, 2011-ci ildə 38 yaşında olarkən 12-ci sinfi bitirərək məzun olub.

Fiqu həmçinin Madriddə biznesin idarə edilməsi üzrə təhsil alıb.

O, beş dildə - portuqal, ispan, ingilis, italyan və fransız dillərində sərbəst danışır.

Billurə Yunus

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 İyun 2025 10:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see154

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see144

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see135

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see128

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri