Icma.az
close
up
RU
Futbolu nəzarətində saxlayan ölkə prezidenti, Rövşən İrmatov, vergidən azadolunma, akademiyalar Özbəkistan futbolunun yüksəlişi, bizim qibtə dolu baxışlarımız

Futbolu nəzarətində saxlayan ölkə prezidenti, Rövşən İrmatov, vergidən azadolunma, akademiyalar Özbəkistan futbolunun yüksəlişi, bizim qibtə dolu baxışlarımız

Sportal.az saytına istinadən Icma.az xəbər verir.

"Ölkə futbolu mənim nəzarətim altındadır. Mən onu korrupsiyadan təmizləmişəm" - bu sözləri Özbəkistan prezidenti Şövkət Mirziyayev 2018-ci il, yanvarın 30-da deyib.
Futbolda lift yoxdur, pilləkənlar var. Bu yolu pillə-pillə, mərtəbə-mərtəbə qalxmaq lazımdır. Özbəkistan bunu bacardı. Bir neçə il ərzində ölkənin yığma komandası dünya çempionatına vəsiqə qazandı, Şomurodov, Xusanov kimi futbolçular Avropanın böyük klublarına transfer olundu. 

Bu uğurların əsas memarı sözsüz ki, ölkə başçısı Şövkət Mirziyayevdir. Məhz o şəxsən futbola əl qoyandan sonra bu sahə inkişaf etməyə başladı. 2019-cu ildə federasiyanın idarəetməsi dünyaca tanınmış futbol hakimi Rövşən İrmatova verildi. İrmatov sənəd üzərində 1-ci vitse-prezident getsə də, ölkə futbolunun idarəetməsi məhz ona həvalə olunub. 

Rövşən İrmatov ölkə başçısının dəstəyi ilə 14 yeni uşaq və yeniyetmə futbol akamediyasının açılışını edib. Gələn il Daşkənddə İtaliya texnologiyası ilə milli futbol mərkəzi inşa olunacaq. Layihəyə görə, bu baza dünyanın ən möhtəşəmləri sırasında yer alacaq. 

Özbəkistan futbolunun inkişafına səbəb olan qərarlardan biri də, peşəkar futbolun vergilərdən azad edilməsi ilə bağlı oldu. Məhz bundan sonra iş adamlarının futbola gəlişi çoxaldı.

Çox təəssüf ki, bizə düşən yenə qibtə ilə baxmaqdır. Hərçənd, 20 il əvvəl bizdə də iş adamlarının futbola axını olmuşdu, 10 illik dövlət proqramı qəbul edilmişdi. Lakin külli miqdarda vəsaitin xərclənməsinə baxmayaraq, heç bir nəticə gəlmədi. 

Bunun bir çox səbəbləri var. Təcrübə göstərir ki, futbolun inkişafı üçün ölkə rəhbərliyi bu sahəyə birbaşa nəzarət etməlidir. Cənab prezident İlham Əliyev tək futbolun yox, ölkədə demək olar ki, bütün idman növlərinin inkişaf etdirilməsi üçün daim tapşırıqlarını verir, dövlət tərəfindən böyük pullar ayrılır. Amma həm dünyada, həm də regionda mürəkkəb geosiyasi vəziyyətin olduğu bir vaxda ölkə başçımız daha aktual məsələlərlə məşğuldur. 

Futbol sahəsini qaldırmaq tapşırığı alan məmurlar isə gözləntiləri qarşılamırlar. Günlər, aylar, illər keçir, futbolumuz yerində sayır. Ən böyük problem həm də odur ki, bu sahə məmurlar tərəfindən ələ keçirilib, futbol adamlarını yaxına buraxmırlar. 

Gürcüstan, Özbəkistan nümunələri var. Futbol adamlarının sahəvi bilikləri, ölkə rəhbərliyinin birbaşa nəzarəti olmasa, inkişaf gözləmək yersizdir. Bu gedişlə biz çoxlarına qibtə ilə baxacağıq, həm də hələ çox...

Həmid

saytlarin hazirlanmasi
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://sportal.az
archiveBu xəbər 28 İyun 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see173

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see160

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see134

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri