Icma.az
close
up
RU
Azərbaycan futbolu nəinki yerindən tərpənməyəcək, ümumiyyətlə batıb gedəcək Rövşən Binnətli

Azərbaycan futbolu nəinki yerindən tərpənməyəcək, ümumiyyətlə batıb gedəcək Rövşən Binnətli

Redaktor.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Azərbaycan futbolunda çatışan heç nə yoxdur. İdarəetmədən tutmuş özünü təsdiqləmiş infrastrukturun mövcudluğuna qədər hər şey bərbad vəziyyətdədir. Bu gün "Cəngi" komandası yaranırsa, bunun özü də bir ilğımdır, epizodikdir".

Bu sözləri idman eksperti Rövşən Binnətli Redaktor.az-a Bakını təmsil edəcək yeni futbol klubu - "Cəngi"nin fəaliyyətə başlaması ilə bağlı danışarkən dedi.

"Birinci növbədə klub yaranırsa, maddi bazası, infrastrukturu olmalıdır. Heç nəyi yoxdursa, sabah deyəcək ki, bizə top verin, futbolçularımıza pul verin, geyinməyə kömək verin. Bizim klublar bu cür yaranır və kiminsə marağına xidmət edir. Müəyyən bir müddət aşağı dəstədə oynayırlar, sonra yox olurlar. Komandaların  AFFA-ya üzv kimi qəbul olunması üçün şərtlər olmalıdır. Şərtlərə cavab vermirsə, ora cəlb oluna bilməz. Əgər peşəkar klubdursa, birinci bazası olmalıdır, stadionu olmalıdır və təkcə oyunun keçirildiyi stadion yox, məşq stadionları da, müəyyən maddi kapitalı da olmalıdır. Bütün bu şərtlərə cavab verirsə, Region Liqasına qəbul oluna bilər. Yəni aşağıdan başlamalı, inkişaf edə-edə yuxarı qalxmalıdır".

R.Binnətli Azərbaycan futbolunun problemlərindən də bəhs etdi:

"Klubun yaranması üçün AFFA-nın hansı şərtləri var? Hansı şərtlərə cavab verilməlidir ki, o klub fəaliyyətə başlasın? Bu olmadığı halda elə bil ki, olmayan bir evin damını tikirsən. Bizim futbolumuz hazırda belə vəziyyətdədir. Həçənd "Cəngi" klubuna cəngi kimi kəsərli olmağı arzulayıram. Amma indiki vəziyyətdə 10 dənə də "Cəngi" yaransa, Azərbaycan futbolu nəinki yerindən tərpənməyəcək, ümumiyyətlə batıb gedəcək. Mənim insanları nə ruhdan salmaq fikrim var, nə də ki, onların işinə kölgə salmağı düşünürəm.

Mövcud klublarımız dağılmağa doğru gedir, nəinki yeri yaranan bir klubdan biz nə isə gözləyək. Hələ görək bu mövcud klublar yaşaya biləcək? Bu klubların yaranması bir nəfərin cibindən asılıdır. O bir nəfər kisənin ağzını bağlayan kimi klub məhv olub gedir. Çünki klubun yaranması üçün hər hansı bir şərtlər irəli sürülməyib və o şərtlərə əsasən klubların yaranması və AFFA-ya qəbulu istiqamətində demək olar ki, heç bir iş yoxdur".

İdman ekspeti "Qarabağ"dan danışarkən bildirdi ki, Azərbaycan futbolu bu klubun sayəsinə ayaqüstə durur:

"Ən yaxın qonşularımız Rusiyanı, Gürcüstanı götürək, orada klublar necə yaranır. Biz də elə ola bilərdik. Azərbaycan futbolu "Qarabağ" komandasının azdan-çoxdan nailiyyətlərinin arxasında gizlənir. Əgər o komanda olmasaydı, Azərbaycan futbolu mən bilmirəm hansı formada ictimaiyyətə üzü olardı. Bir onlara görə ölkəmizə güclü komandalar gəlir".

Sevinc İBRAHİMZADƏ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 06 Dekabr 2024 15:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri