Icma.az
close
up
RU
Turan Tovuz un vitse kapitanı: Rövşən Babayev olmasaydı, bəlkə də futbolu atmışdım

Turan Tovuz un vitse kapitanı: Rövşən Babayev olmasaydı, bəlkə də futbolu atmışdım

Icma.az, 525.az saytına istinadən bildirir.

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 11-ci tura start veriləcək. Turun açılış matçı Şamaxı şəhər stationunda baş tutacaq, "Şamaxı" "İmişli"ni qəbul edəcək. Çempionatın lideri "Turan Tovuz" isə sabah "Zirə"nin qonağı olacaq. Oyun əfərəsində Tovuz təmsilçisinin vitse-kapitanı, millimizin üzvü Faiq Hacıyevlə əlaqə saxlayıb düşərgədəki vəziyyət, "Turan Tovuz"un gözlənilməz liderliyi və digər mətləblərdən danışdıq:

- Müəyyən fasilədən sonra komanda Tovuza qayıtdı. Yəqin ki, Tovuzdan, azarkeşlərdən ötrü darıxmışdınız.

- Məlumdur ki, ot örtüyünün dəyişdirilməsi ilə əlaqədar ev oyunlarını Bakıda keçirirdik. İstər "Azərsun Arena"da, istərsə də səfər oyunlarında azarkeşlərimiz həmişə komandanın yanında olublar, dəstəkləyiblər. Əlbəttə, Tovuzdan, oyunlarımıza gələ bilməyən azarkeş ordusu üçün darıxmışdıq. Həm həyəcanlı, həm də sevincli idik. Tovuzlu azrkeşlər Azərbaycanda ən yaxşılardandır və şadam ki, uzun fasilədən sonra onları qələbə ilə sevindirə bildik.

- 10-cu turdan sonra "Turan Tovuz" 21 xalla liderdir. Çempionat başlamamış belə bir mənzərənin olacağına inanırdın?

- Ötən mövsüm çempionatı 4-cü yerdə bitirdik. Bürünc medalları da qazana bilərdik. Ötənilki səhvlərimizdən nəticə çıxarmağı bacardıq. Komandamız yaxşı nəticələr əldə edir. Bunun davamlı olmasına çalışacağıq. O ki qaldı inam məsələsinə, 21 xal toplayacağımıza inanırdıq. Görünür, bu qədər xal hazırda lider olmağımıza yetərlidir. Fikrimcə, 3 məğlub olduğumuz oyunda səhvlər etməsəydik, xal ehtiyatımız daha çox ola bilərdi.

- Səncə, "Turan Tovuz"un çempionatın sonuna kimi liderliyi qoruyub saxlamağa gücü çatacaq?

- Buna çalışırıq. Zaman göstərəcək. Amma çox çətin olacaq. Birincisi, "Qarabağ" kimi rəqib var. Digər komandalar da zəif deyillər. Yəni çempion olmaq bir yana, medalçılar sırasına düşmək belə çox çətindir.

Söz düşmüşkən, "Qarabağ"ın Çempionlar Liqasındakı çıxışını yaxından izləyirəm. "Çelsi" ilə oyuna da baxdım. "Qarabağ"la qürur duydum. İnanıram ki, Qurban Qurbanovun komandası daha böyük uğurlara imza atacaq.

- Azarkeşlərin bir qismi "Turan Tovuz"u baxımlı futbol sərgiləməməkdə, sırf nəticəyə hesablanmış oyunda ittiham edir.

- Deməzdim. Bəlkə mən də azarkeş kimi komandanın oyununu tribunadan izləsəm, bu fikirdə olardım. Amma komandanın içindəyəm və bu üzdən nəyin baş verdiyini daha yaxşı bilirəm. Doğrudur, elə oyunlar olub ki, istdiyimizi edə bilməmişik, sırf nəticəyə oynamaq məcburiyyətində qalmışıq. Amma oyundan oyuna çıxışımızı yaxşılaşdırdığımızı düşünürəm. Azarkeşlər darıxmasınlar, getdikcə daha baxımlı oyun sərgiləyən "Turan Tovuz" görəcəklər.

- Çempionat başlayandan komandanı kapitan kimi meydana sən çıxarmısan. Kollektivdə birincisi olmaq çətin deyil ki?

- Kapitan olmaq böyük məsuliyyətdir. Sevinirəm ki, bu işi mənə tapşırıblar. Mən də üzərimə düşən işin öhdəsindən gəlməyə çalışıram. Fikrimcə, alınır. Amma bir məqamı da qeyd edim, birinci kapitan Şəhriyar Əliyevdir. Bir müddət zədəli oldu, indi formadadır. Amma oynamaq şansı qazanmır. İnanıram ki, Şəhriyar qarşıdakı oyunlarda heyətdəki yerini qaytaracaq və sarğını qoluna taxacaq.

- Amma 2 oyundur ki, sarğı Emmanuel Hakmana keçib. Başqa sözlə, əsas heyətdəki yerini itirmisən. Səbəb nədir?

- Baş məşqçimiz Kurban Berdıyev təcrübəli mütəxəssisdir. Yəqin ki, bu, rəqiblərə uyğun taktiki gedişdir. Yəni ehtiyatda qalmağımda özümlə bağlı nəsə bir problem görmürəm. Əksinə, bu, məni məşqlərdə daha ciddi olmağa məcbur edir. Ehtiyatda qalmaq heç bir futbolçuya xoş gəlmir. O cümlədən, mənə də. Belə vəziyyət uzun müddət davam edəndə futbolçunun inkişafını əngəlləyir.

- Bir kapitan kimi komandanı gücləndirmək üçün heyət baxımından hansı dəyişiklikləri edərdin?

- Bu, mənim işim deyil. Kurban Berdıyev hansı dəyişikliklərin edilməli olduğunu daha yaxşı bilir. Amma komandanın bir üzvü kimi bütün mövqelərin gücləndirilməsini istərdim. Çünki bir mövqeyə 2-3 futbolçunun namizəd olması komandada rəqabəti artırır. Rəqabət isə inkişaf və nəticə üçün vacib amillərdən biridir.

- Faiq, ötən ay ilk dəfə millinin düşərgəsinə dəvət aldın...

- Öncə başda millinin baş məşqçisi Ayxan Abbasov olmaqla məşqçilər korpusuna minnətdarlığımı bildirirəm ki, mənə inandılar, düşərgəyə dəvət etdilər. Doğrudur, Fransa və Ukrayna ilə oyunlarda adım iştirak ərizəsinə salınsa da, oynamaq qismətim olmadı. Çox istəyirdim ki, 1 dəqiqə olsa belə, meydana çıxım. Amma bu, mənim üçün böyük bir təcrübə oldu, oradakı atmosferi "daddım". Yenidən milliyə çağırılmaq üçün səylə çalışıram. İnanıram ki, gələcəkdə millinin heyətində oynamaq şansı qazanacam, komandamıza xeyir verəcəm, tovuzlu azarkeşlərə sevinc bəxş edəcəm.

- Bir qədər keçmişə qayıdaq. "Turan Tovuz"a 2021-ci ilin payızında gəlmisən. Deyəsən, həmin dövrdə futbolu atmaq təhlükəsi ilə üz-üzə qalmışdın...

- Peşəkar karyerama "Qəbələ"də başlamışam. 2 mövsümdə cəmi 8 oyunda meydana çıxmışdım. Bu da bir futbolçu üçün yetərli deyil. 2021-ci ilin yayında "Qəbələ"dən ayrıldım, klubsuz idim. Həmin vaxt hazırda "Neftçi"nin akademiyasında olan Asif Ramazanov məni "Turan Tovuz"un baş məşqçisi Rövşən Babayevə məsləhət görmüşdü. Rövşən müəllim mənimlə əlaqə saxladı və komandasına dəvət etdi. "Turan Tovuz" həmin vaxt 1-ci Divizionda çıxış edirdi. Bir mövsüm əsas heyətdə oynadıqdan sonra komanda Premyer Liqaya vəsiqə qazandı. Bir müddət əvəzedici komandada oynadım və zamanla baş məşqçimiz Ayxan Abbasovun etimadını qazana bildim. O vaxtdan əsas komandadayam. Yəni 4 il əvvəl Rövşən Babayev, onun zəngi olmasaydı, bəlkə də futbolu atmışdım.

- Sabah səfərdə "Zirə" ilə oynayacaqsınız. Çətin rəqibdir. Səncə, liderliyi qoruya biləcəksiniz?

- Ümumiyyətlə, bütün oyunlara 3 xal üçün çıxırıq. Təbii ki, çempionatda həmişə qalib gəlmək mümkün deyil. Amma sabahkı oyun hər iki komanda üçün böyük əhəmiyyət daşıyır. Ümid edirəm ki, sevinən tərəf biz olacağıq.

Məhəmməd TAĞIYEV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:42
embedMənbə:https://525.az
archiveBu xəbər 07 Noyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see143

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see124

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri