Icma.az
close
up
RU
Menu

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

Yuxuya getməyi asanlaşdıran 7 qida

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

Rusiyadan miqrantları üzən QƏRAR

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

Futbolu topla yox, pulla oynayanlar

Futbolu topla yox, pulla oynayanlar

Icma.az bildirir, Azvision portalına istinadən.

Qalmaqal necə başlayıb?
Hələ keçən ilin aprelində II Liqa üzrə "Ankaraspor – Nazilli Bələdiyyəspor" oyununda futbolçuların oyun tərzi, hərəkətləri xüsusi diqqət çəkmiş, bu vəziyyət matçın satıldığı iddiasını doğurmuşdu. Hadisə ilə əlaqədar "Nazilli" klubunun rəhbəri Şahin Qayanın, habelə hər iki komandadan bütövlükdə 26 futbolçunun mərc oynadığı müəyyənləşmiş, onlara müəyyən cəzalar verilmişdi.
Türkiyə Futbol Federasiyasının (TFF) sədri İbrahim Hacıosmanoğlu bu və digər hadisələr fonunda oktyabrın 27-də qalmaqalı başladan iddianı dilə gətirib. Onun sözlərinə görə, araşdırma nəticəsində müəyyənləşdirilib ki, ölkədə ümumilikdə 371 hakimin mərc hesabı var, 152 hakim isə fəal surətdə mərc oyunları oynayır. Bu iddia ilə əlaqədar İstanbul Baş Prokurorluğu hərəkətə keçib, cinayət işi açılıb.

(TFF sədri İbrahim Hacıosmanoğlu)
İş üzrə noyabrda baş vermiş ilk həbs dalğasında 21 nəfər saxlanılıb; onlardan 8 nəfəri, o cümlədən "Eyüpspor" klubunun rəhbəri Murad Özqaya, hakimlər Ərqan Arslan, Yaqub Yapıcı və Nevzad Okat barəsində həbs qətimkan tədbiri seçilib. Eyni zamanda:
– 149 hakim (25-i ali dərəcəli) 8-12 ay müddətində vəzifəsindən kənarlaşdırılıb;
– 1024 futbolçu TFF tərəfindən Peşəkar Futbol üzrə İntizam Şurasına göndərilib;
– 102 futbolçuya 45 gün-12 ay müddətində müxtəlif cəzalar verilib.
İkinci həbs dalğası ərəfəsində İstanbulun Baş Prokuroru Axın Gürlək ötən həftə mətbuat konfransı keçirərək, təhqiqatın getdikcə daha da böyüdüyünü vurğulayıb. Onun sözlərinə görə, şübhəli şəxslər guya "yaxalanmamaq üçün" öz adları ilə yox, həyat yoldaşlarının, qohum-əqrəbasının, dost-tanışının adları ilə mərc oynayıb.
"Qanunsuz mərc oyunlarında adları hallanan hər kəs üzə çıxarılacaq. Tezliklə növbəti əməliyyat baş tuta bilər".
Beləliklə, dekabrın 5-də 16 vilayətdə, həmçinin İstanbul şəhərində əməliyyat keçirilib. Haqqında həbs qərarı verilən 46 nəfərdən 38-i yaxalanıb. Şübhəlilər arasında ölkənin aparıcı klubları sayılan "Fənərbaxça" və "Qalatasaray"ın futbolçuları, o cümlədən Mərd Xaqan Yandaş və Mətəxan Baltaçı, şərhçi, sabiq hakim Əhməd Çaxar, birinci dərəcəli hakim Zorbay Küçük və başqaları da var.

("Qalatasaray"ın futbolçusu Mətəxan Baltaçı və "Fənərbaxça"nın futbolçusu Mərd Xaqan Yandaş)

(Futbol şərhçisi, sabiq hakim Əhməd Çaxar)

(Birinci dərəcəli hakim Zorbay Küçük)
Maraqlıdır ki, Zorbay Küçük hələ ilk dəfə adı "mərc oynayan hakimlər" siyahısında hallananda bu ittihamla barışmamış, öz növbəsində, ittihamla əlaqədar şikayət irəli sürmüşdü.
Prokurorluğun məlumatına əsasən, şübhəlilər mərc oyunları çərçivəsində üç qrupa bölünürlər:
1. Öz komandalarının oyunları üzrə mərc oynayan futbolçular (Mətəxan Baltaçı kimi);
2. İkinci şəxslərin vasitəçiliyi ilə mərc oynayan, bank hesablarında şübhəli əməliyyat aşkarlananlar (Mərd Xaqan Yandaş, Əhməd Çaxar və Zorbay Küçük kimi);
3. Oyunların nəticələrinə müdaxilə göstərməyə çalışanlar (Şahin Qaya kimi).
Eyni zamanda, cinayət məsuliyyətindən yayınan 8 nəfərin yaxalanması çərçivəsində müvafiq əməliyyat tədbirləri həyata keçirilir. Onlardan beşinin xarici ölkəyə qaçdığı müəyyənləşib.
Firudin Həmidli
AzVision.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://azvision.az
archiveBu xəbər 09 Dekabr 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see922

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see401

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see312

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see228

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see220

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see217

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see210

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see205

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see202

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see201

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see194

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see192

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see190

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see187

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see186

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see183

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see181

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see177

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see172

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri