Icma.az
close
up
RU
“Futbolumuzun qalxmasını istəyiriksə, belə hakimlik olmamamlıdı” idarəçilikdən şikayətləndi

“Futbolumuzun qalxmasını istəyiriksə, belə hakimlik olmamamlıdı” idarəçilikdən şikayətləndi

Icma.az bildirir, Footbal-plus saytına əsaslanaraq.

Ölkə çempionatının 2-ci liqasının 9-cu turunda “Hypers Quba” “Şəfa”nın qonağı oldu.
Qubalılar “Şahdağ Qusar”ın ardından daha bir iddialı rəqibə uduzdu. “ASK Arena”dakı qarşılaşmadan sonra onların baş məşqçisi Vüqar Nadirovla söhbətləşdik.

- “Şahdağ Qusar”dan sonra daha bir əsas rəqibinizi - “Şəfa”nı da üstələyə bilmədiz. Problem nədən ibarətdi?

- Futbolçularımdan heç vaxt razı qalmamışam. Zədəli oyunçularımız həddən artıq çoxdu. Oyunçu kasadlığı var idi. Epizodları incələyəcəm. Onu deməliyəm ki, belə hakimlik olmur. Konkret hakim idarəçiliyindən şikayətçiyəm. Birtərəfli hakim olmur. Dərhal bilinirdi ki, meydan sahibi komandaya simpatiyaları var. Hər şey göz qabağındadı. Amma biz əziyyətlə bura kimi gəlib çıxmışıq. Bəzən məşq etməyə, yuyunmağa yerimiz olmurdu, ancaq Region Liqasından pillə-pillə gəlib bura qədər çatdıq. Yəni heç nəyi asan qazanmamışıq. Özüm də xoşlayıram ki, əziyyət çəkib nəyisə əldə edim. Futbolda stress, belə şeylər olur. Lakin həmişə futbolçularımın yanındayam, yenə də olacam. Komandamız yaxşı futbol oynadı. "Şəfa"nı təbrik edirəm.

- Hansısa qərarlar istədiyiniz kimi olmadı, yoxsa ümumilikdə hakimlikdən narazısız?

 - Xırda-xırda yığıldı. Epizodlar bizim əleyhimizə gətirib çıxarırdı. Birinci qolda baxmalıyıq ki, onların hücumçusunun ayağı topa dəyib, ya yox. Amma hakimlik konkret bərbaddı. Gedib premyer-liqada hakimlik edə bilmirlər, burda şans verirlər, o da belə. Yaxşı, biz futbol oynamayaq? Futbol kişi oyunudu, xarakter oyunudu. Futbolumuzun qalxmasını istəyiriksə, belə hakimlik olmamalıdı. Tərəfkeşlik düzgün deyil.

 - Əsas “qol silahınız” Cavid İmamverdiyevin məhsuldarlığı son vaxtlar aşağı düşüb...

- Elə bir şey deyil. Sabit futbolçu yoxdu. Mövsümdən-mövsümə dəyişir. Bir də görürsən yaxşıya, bir də görürsən belə... Cavid təcrübəli futbolçudu, peşəkar karyerası var. Həmişə komandaya kömək edir. Digər məqamlar, məsələn çəki amili burda rol oynayır. Yavaş-yavaş çalışırıq ki, artıq çəkini aradan qaldıraq. Cavid "Kür-Araz"da çox çəkiliydi. Amma bura gələndən görürsüz ki, çəkisini azaldıb. Pillə-pillə üzərində işləyirik. Çünki işləməyə çox vaxt lazımdı. Yəni üç ayın  komandasıyıq. Bu klubu sıfırdan qurmuşuq. Bir il əvvəl Region Liqasında başlasaq da, heyətin hamısını dəyişdik. Fərqli çempionatlardı. Ona görə də yaxşı işlər görmək üçün bizə zaman lazımdı.
- Orxan Sadıqlını əsas oyunçu kimi transfer etmisiz?
- Mən çalışdığım qədər qıraqda nə qədər peşəkar oyunçu varsa, komandama dəvət edirəm. Futboldan uzaqlaşmış futbolçuları meydana qaytarmağa çalışırıq. Yaxşı mənada "futbola ac" oyunçular axtarırıq. Maliyyə baxımından yox. Sadıqlı çox təcrübəlidi, bizə kömək edəcək. Premyer-liqada oynayıb. Həm xarakterinə, həm də oyununa görə düşünürəm ki, bizə köməyi deyəcək.

 - Bəzən məşqçilər dost-tanışını da dəvət edir. Sizə kömək edəcək futbolçu yoldaşlarınız yoxdu, yoxsa özünüz istəmədiz?

- Məndə elə xarakter yoxdu. Kim güclüdüsə, onu da dəvət edirəm. Ən azı komandaya götürəndə də nizam-intizamına baxıram. Nizam-intizamı yoxdusa, güclü futbolçunu da komandaya götürmürəm.
- İstədiyiniz komandanı qura bilmisizmi?
- Çalışdığım qədər yaxşı heyət qurmuşam. Dekabr fasiləsində 6-7 oyunçu dəvət edəcəyik. Yəni bunun üzərində işləyəcəyik. Hələ güclənməyə ehtiyacımız var.
- Hədəfiniz nədi?
 - Komamdamın yaxşı yerdə qərarlaşması. Medal qazanmaq istəyirik. Görək qismət olacaqmı...
RÖYANƏ OĞUZ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:94
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 11 Noyabr 2024 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see217

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see199

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see192

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see182

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see181

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see151

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see147

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see144

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see143

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see140

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see139

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see139

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see138

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see134

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see133

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see132

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see132

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see130

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see128

“Birləşdirən dəyərlər Şəhid Ailələri ilə Həmrəylik Günü” adlı tədbir keçirilib

28 Dekabr 2025 16:20see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri