Icma.az
close
up
RU
Vüqar Nadirov: “Futbolumuzun qalxmasını istəyiriksə, belə hakimlik olmamalıdı” MÜSAHİBƏ İdman və Biz

Vüqar Nadirov: “Futbolumuzun qalxmasını istəyiriksə, belə hakimlik olmamalıdı” MÜSAHİBƏ İdman və Biz

Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Ölkə çempionatının 2-ci liqasının 9-cu turunda “Hypers Quba” “Şəfa”nın qonağı olub. Qubalılar “Şahdağ Qusar”ın ardından daha bir iddialı rəqibə uduzub.

İdman.biz football-plus.az-a istinadən “ASK Arena”dakı qarşılaşmadan sonra “Hypers Quba”nın baş məşqçisi Vüqar Nadirovla müsahibəni təqdim edir:
- “Şahdağ Qusar”dan sonra daha bir əsas rəqibinizi - “Şəfa”nı da üstələyə bilmədiz. Problem nədən ibarətdi?
- Futbolçularımdan heç vaxt razı qalmamışam. Zədəli oyunçularımız həddən artıq çoxdu. Oyunçu kasadlığı var idi. Epizodları incələyəcəm. Onu deməliyəm ki, belə hakimlik olmur. Konkret hakim idarəçiliyindən şikayətçiyəm. Birtərəfli hakim olmur. Dərhal bilinirdi ki, meydan sahibi komandaya simpatiyaları var. Hər şey göz qabağındadı. Amma biz əziyyətlə bura kimi gəlib çıxmışıq. Bəzən məşq etməyə, yuyunmağa yerimiz olmurdu, ancaq Region Liqasından pillə-pillə gəlib bura qədər çatdıq. Yəni heç nəyi asan qazanmamışıq. Özüm də xoşlayıram ki, əziyyət çəkib nəyisə əldə edim. Futbolda stress, belə şeylər olur. Lakin həmişə futbolçularımın yanındayam, yenə də olacam. Komandamız yaxşı futbol oynadı. "Şəfa"nı təbrik edirəm.
- Hansısa qərarlar istədiyiniz kimi olmadı, yoxsa ümumilikdə hakimlikdən narazısız?
- Xırda-xırda yığıldı. Epizodlar bizim əleyhimizə gətirib çıxarırdı. Birinci qolda baxmalıyıq ki, onların hücumçusunun ayağı topa dəyib, ya yox. Amma hakimlik konkret bərbaddı. Gedib premyer-liqada hakimlik edə bilmirlər, burda şans verirlər, o da belə. Yaxşı, biz futbol oynamayaq? Futbol kişi oyunudu, xarakter oyunudu. Futbolumuzun qalxmasını istəyiriksə, belə hakimlik olmamalıdı. Tərəfkeşlik düzgün deyil.
- Əsas “qol silahınız” Cavid İmamverdiyevin məhsuldarlığı son vaxtlar aşağı düşüb...
- Elə bir şey deyil. Sabit futbolçu yoxdu. Mövsümdən-mövsümə dəyişir. Bir də görürsən yaxşıya, bir də görürsən belə... Cavid təcrübəli futbolçudu, peşəkar karyerası var. Həmişə komandaya kömək edir. Digər məqamlar, məsələn çəki amili burda rol oynayır. Yavaş-yavaş çalışırıq ki, artıq çəkini aradan qaldıraq. Cavid "Kür-Araz"da çox çəkiliydi. Amma bura gələndən görürsüz ki, çəkisini azaldıb. Pillə-pillə üzərində işləyirik. Çünki işləməyə çox vaxt lazımdı. Yəni üç ayın komandasıyıq. Bu klubu sıfırdan qurmuşuq. Bir il əvvəl Region Liqasında başlasaq da, heyətin hamısını dəyişdik. Fərqli çempionatlardı. Ona görə də yaxşı işlər görmək üçün bizə zaman lazımdı.
- Orxan Sadıqlını əsas oyunçu kimi transfer etmisiz?
- Mən çalışdığım qədər qıraqda nə qədər peşəkar oyunçu varsa, komandama dəvət edirəm. Futboldan uzaqlaşmış futbolçuları meydana qaytarmağa çalışırıq. Yaxşı mənada "futbola ac" oyunçular axtarırıq. Maliyyə baxımından yox. Sadıqlı çox təcrübəlidi, bizə kömək edəcək. Premyer Liqada oynayıb. Həm xarakterinə, həm də oyununa görə düşünürəm ki, bizə köməyi deyəcək.
- Bəzən məşqçilər dost-tanışını da dəvət edir. Sizə kömək edəcək futbolçu yoldaşlarınız yoxdu, yoxsa özünüz istəmədiz?
- Məndə elə xarakter yoxdu. Kim güclüdüsə, onu da dəvət edirəm. Ən azı komandaya götürəndə də nizam-intizamına baxıram. Nizam-intizamı yoxdusa, güclü futbolçunu da komandaya götürmürəm.
- İstədiyiniz komandanı qura bilmisizmi?
- Çalışdığım qədər yaxşı heyət qurmuşam. Dekabr fasiləsində 6-7 oyunçu dəvət edəcəyik. Yəni bunun üzərində işləyəcəyik. Hələ güclənməyə ehtiyacımız var.
- Hədəfiniz nədi?
- Komamdamın yaxşı yerdə qərarlaşması. Medal qazanmaq istəyirik. Görək qismət olacaqmı...

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:56
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 11 Noyabr 2024 20:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri