Futzal üzrə Azərbaycan kubokunda yarımfinalçılar bəlli olub
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
Futzal üzrə Azərbaycan kubokunun 1/4 final mərhələsinin oyunları başa çatıb. Keçirilən qarşılaşmaların nəticələrinə əsasən, turnirin ən güclü dörd komandası adını yarımfinala yazdırıb.
İdman.Biz xəbər verir ki, mərhələnin ən maraqlı oyunlarından biri kubokun son sahibi PFL və U-19 komandası arasında baş tutub. Hesabda geri düşməsinə baxmayaraq, xarakter nümayiş etdirən PFL sona yaxın vurduğu qolla 4:3 hesablı qələbə qazanıb.
Yüksək Liqanın lideri “Neftçi” İK və ölkənin ən köklü futzal klublarından olan “Araz-Naxçıvan” isə rəqiblərinə heç bir şans verməyiblər. Hər iki komanda eyni hesabla - 12:3 qalib gələrək böyükhesablı qələbəyə sevinib. Digər qarşılaşmada isə “Baku Fire-2” səfərdə “Lənkəran”ı darmadağın edərək yarımfinalçıların sırasına qoşulub.
1/4 final mərhələsinin nəticələri:
“Lənkəran” - “Baku Fire-2” - 2:8
U-19 - PFL - 3:4
“Xan-Lənkəran” - “Araz-Naxçıvan” - 3:12
“STAR kargo” – “Neftçi” İK - 3:12
Beləliklə, aprel ayında keçiriləcək yarımfinal mərhələsinin maraqlı tərəfi ötən mövsümün finalçılarının bu dəfə daha erkən üz-üzə gəlməsidir:
PFL - “Araz-Naxçıvan”
“Baku Fire-2” - “Neftçi” İK.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 15 Mart 2026 23:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















