Ronaldonun qərarına münasibət bildirdi “Onu qınamaq istəmirəm”
Qafqazinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
“Real Madrid”in baş məşqçisi Joze Mourinyo Kriştianu Ronaldonun Portuqaliya millisindəki karyerasını başa vurmaq qərarına münasibət bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Touchline” nəşri məlumat yayıb.
“Mən onu qınamaq istəmirəm. Düşünürəm ki, müxtəlif şərhlər vermək əvəzinə, onun qərarına hörmət etməliyik. Təbii ki, mən də bu qərara hörmətlə yanaşıram. Bu, onun futbolçu karyerasının sonu deyil”, – deyə Mourinyo bildirib.
Qeyd edək ki, Ronaldo noyabrın 5-də Portuqaliya millisindəki karyerasını başa vurduğunu açıqlayıb.
Xatırladaq ki, bundan əvvəl 41 yaşlı futbolçu ilə yığmanın baş məşqçisi Jorje Jezuş arasında münaqişə yaşanmışdı. Belə ki, Ronaldo UEFA Millətlər Liqasında Norveçlə qarşılaşmanın heyətinə daxil edilmədikdən sonra millinin son üç məşqini buraxıb. Jezuşun mətbuat konfransında Danimarka ilə növbəti oyunda Ronaldonun iştirakına zəmanət verməməsindən sonra futbolçu komandanın düşərgəsini icazəsiz tərk edərək şəxsi təyyarəsi ilə ölkədən ayrılmışdı.
Məlumat üçün bildirək ki, Portuqaliya Futbol Federasiyası isə Ronaldonun şərəfinə təntənəli vida mərasimi təşkil etməyi planlaşdırdığını açıqlamışdı.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 06 Noyabr 2026 19:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















