Icma.az
close
up
RU
Füzuli Ələkbərov 1 ildə 53 satınalma müqaviləsi bağlayıb

Füzuli Ələkbərov 1 ildə 53 satınalma müqaviləsi bağlayıb

Qaynarinfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Füzuli Ələkbərovun əmək və əhalinin sosial müdafiəsi naziri vəzifəsindən çıxarılması onun biznes fəaliyyətinin də axsamasına səbəb olmuşdu.

Qaynarinfo-nun məlumatına görə, 2013-cü ildə "İsmayıllı hadisələri”ndən az sonra vəzifəsini itirən Füzuli Ələkbərovun biznes imperiyasının sütunu "İmprotex” Şirkətlər Qrupu idi ki, bu biznes təsisatı bir müddət səhnədə görünməz oldu. Lakin deyəsən, Füzuli Ələkbərov yenidən biznesini dirçəltməyə başlayıb. 

Son vaxtlar onun rəhbəri olduğu "İmprotex Motors” şirkəti satınalma müsabiqələrində fəal iştirak edir və tez-tez qalib seçilir.

Araşdırmalarımız zamanı məlum olub ki, şirkət təkcə 2025-ci ildə 53 satınalma müqaviləsi imzalayıb. Bu müqavilələr "İmprotex Motors”un rəsmi distrübütoru olduğu avtomobil şirkətlərinin istehsal etdiyi maşınların satışı, yaxud da onlara texniki servis xidmətinin göstərilməsi ilə əlaqardır. "İmprotex Motors” şirkətinin sifarişçiləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən tutumuş Əqli Mülkiyyət Agentliyinə qədər ən müxtəlif dövlət qurumlarıdır.   


İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "İmprotex Motors” MMC 10 iyul 2004-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 5325 manatdır. Şirkətin hüquqi ünvanı Bakı şəhəri Nəsimi rayonu, 20 yanvar küçəsi, ev 33-də yerləşir. MMC-nin qanuni təmsilçisi Füzuli Ələkbərovdur. 

Füzuli Ələkbərov bu şirkəti təsis edəndə hələ nazir vəzifəsində çalışmırdı. Bu baxımdan, "İmprotex Motors” MMC o qədər də populyar deyildi. O, 2006-cı ildə nazir vəzifəsinə təyin edildikdən sonra biznesi də çiçəklənməyə başladı və "İmprotex Motors” MMC ölkənin ən aparıcı şirkətlərindən birinə çevrildi. 


"İmprotex Motors” MMC-nin rəsmi saytında qeyd edilib ki, şirkət BMW, "BMW Motorrad", MINI, "Rolls-Royce" və "Yamaha" kimi məşhur markaların Azərbaycanda rəsmi və eksklüziv idxalçısıdır. Ümumi sahəsi 1.3 hektar təşkil edən ərazidə BMW konserninin bütün yeni korporativ standartlarına tam cavab verən 11 avtomobil yerləşən satış-sərgi salonu, böyük servis mərkəzi və onlarla avtomobil tutumu olan dayanacaq yeri var. Gündə 100 avtomobil qəbul edə bilən servis mərkəzi son növ diaqnostik avadanlıqlar ilə təchiz olunub. Texniki xidmət mərkəzində müştərilər məsləhətləri birbaşa istehsalçı zavoddan alır. Görülən bütün işlərin BMW standartlarına tam cavab verməsi üçün mütəmadi olaraq işçilərin bacarıqlarını yüksəldən təlimlər keçirilir.  

Seyid

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:254
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 19 Yanvar 2026 18:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri