Icma.az
close
up
RU
Füzuli Məmmədov: Yeni mövsümdə çempionluğa əsas namizədlər “Qarabağ” və “Sabah”dır

Füzuli Məmmədov: Yeni mövsümdə çempionluğa əsas namizədlər “Qarabağ” və “Sabah”dır

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 15 avqust, AZƏRTAC

Yeni mövsümdən legioner limitinin ləğvi çempionatda ciddi rol oynayacaq. Uğur qazanmaq yalnız düzgün transferlərlə mümkün olacaq. Keyfiyyətli oyunçular alan komandalar daha yaxşı nəticə göstərəcək. Bu səbəbdən qarşıdakı mövsümün çox çətin keçəcəyini düşünürəm.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Neftçi”nin və Azərbaycanın U-18 millisinin sabiq baş məşqçisi Füzuli Məmmədov Misli Premyer Liqasında bu gün start götürəcək 2025-2026-cı illər mövsümü ilə bağlı danışarkən deyib.

Mütəxəssis çempionluq və avrokuboklar uğrunda mübarizədə favorit hesab etdiyi komandaların adlarını sadalayıb: “Komandalarımızın yoxlama görüşlərində və avrokuboklarda keçirdikləri oyunları izləyirəm. Fikrimcə, çempionluğa əsas namizədlər “Qarabağ” və “Sabah”dır. Lakin transferlərə nəzər yetirsək, “Neftçi”nin də adını çəkmək olar. Bununla yanaşı, “Zirə” və “Turan Tovuz”un da iddialı olduğunu qeyd etmək lazımdır. Avrokuboklara vəsiqə uğrunda isə “Araz-Naxçıvan”, “Zirə” və “Turan Tovuz” klubları mübarizə aparacaqlar. Bu komandalar, eləcə də “Şamaxı” mövsümün sonunda ilk “altılıq”da yer ala bilər. “Şamaxı”nın maliyyə imkanları məhdud olsa da, baş məşqçi işi buna imkan yaradacaq”.

Təcrübəli mütəxəssis “Kəpəz”, “Qəbələ”, “İmişli”, “Karvan -Yevlax” və “Sumqayıt”ın isə əsasən liqada qalmaq uğrunda mübarizə aparacağını vurğulayıb: “Bu komandaların yeni mövsümə hazırlıq məqsədilə keçirdiyi qarşılaşmaları izləmək imkanım oldu. Müşahidələrimə əsasən, “Sumqayıt” və “Şamaxı”nın digərlərindən müsbət mənada fərqləndiyini deyə bilərəm. Sumqayıt təmsilçisi mövsümün sürpriz komandalarından biri ola bilər. “Qəbələ”də baş məşqçinin işi təqdirəlayiqdir, amma uğurlu çıxış üçün bəzi mövqelərə mütləq transferlər lazımdır. Əks halda, istənilən nəticəni əldə etmək çətin olacaq. I Liqaya düşəcək komandaları indidən demək çətindir. Çempionat davam etdikcə və oyunlar artdıqca, daha dəqiq fikir yürütmək mümkün olacaq”.

Qeyd edək ki, Misli Premyer Liqasında yeni mövsümə avqustun 15-də start veriləcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Avqust 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see328

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see295

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see287

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see282

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see277

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see273

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see271

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see258

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see251

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see246

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see233

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see232

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see230

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see229

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see228

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see224

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see220

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see210

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see202

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri